/ / NATO PA-nın sessiyasında Azərbaycanın koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlərdən danışılıb
NATO PA-nın sessiyasında Azərbaycanın koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlərdən danışılıb
20.11.2020 [10:01]
Noyabrın 18-də NATO Parlament Assambleyasının 66-cı illik sessiyasının açılış mərasimi keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə quruma üzv və assosiativ üzv ölkələrin nümayəndələri iştirak ediblər. Açılış mərasimində Milli Məclisi qurumdakı nümayəndə heyətimizin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təmsil edib.
Yığıncaqda NATO Parlament Assambleyasının prezidenti Atilla Mesterhazi giriş nitqi ilə çıxış edib. Bildirilib ki, 5 gün davam edəcək sessiyanın ilk günü koronavirus (COVID-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyafət Əsgərov COVID-19 pandemiyasının dünyada yayılmasının qarşısının alınmasına Azərbaycanın verdiyi töhfələr barədə ətraflı məlumat verib. Bildirilib ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyələrdə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Ziyafət Əsgərov pandemiya dövründə inkişaf etmiş bəzi Avropa ölkələrinin özünəqapanma siyasəti yürütməsi, ərazisindən tranzit olaraq daşınan digər ölkələrə məxsus dərman preparatlarını, tibbi maskaları qeyri-qanuni yolla müsadirə etmələrindən bəhs edib. Bildirib ki, bunun əksinə olaraq, Azərbaycan Prezidenti İlham Əliyev müdrik siyasət yürüdərək, yardıma ehtiyacı olan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maddi yardım ayırıb. Bununla yanaşı, Azərbaycan Hökuməti bu istiqamətdə beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib. Ümumilikdə, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayıraraq 30-dan artıq dövlətə humanitar yardım göstərib. Bu, bütün dünya ölkələrinə pandemiya dövründə davranış nümunəsi olub.
Nümayəndə heyətimizin rəhbəri çıxışı zamanı xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin özündə 120 ölkəni birləşdirən, dünyada BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də təşkilatın Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyanın keçirilməsi təklifi ilə BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-yə üzv 130-a yaxın dövlət tərəfindən dəstəklənməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Ziyafət Əsgərov bildirib ki, BMT Baş Assambleyası cari il dekabrın 3-4-də COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib. Qeyd olunub ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT-nin Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təklif olduğu vurğulanır. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin səfərbər olmasına şərait yaradacaq və bu qlobal təhdidə qlobal cavabın tapılmasına töhfə verəcək.
Sonda Ziyafət Əsgərov dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə edərək həll yollarının tapılmasına böyük ehtiyacın və tələbatın olduğunu söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəyinə əminliyini bildirib.
NATO Parlament Assambleyasının prezidenti Atilla Mesterhazi ətraflı məlumata görə Ziyafət Əsgərova təşəkkürünü bildirib.
Tədbirdə parlamentin komitə sədri Ziyafət Əsgərov Atilla Mesterhaziyə NATO PA-nın BMT ilə COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində əməkdaşlığı, pandemiyanın aradan qaldırılması sahəsində perspektivlər barədə suallar ünvanlayıb.
NATO Parlament Assambleyasının prezidenti sualları cavablandıraraq rəhbərlik etdiyi qurumun BMT, o cümlədən onun humanitar məsələlərlə məşğul olan institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində də zəruri tədbirlərin görüldüyünü qeyd edib. Atilla Mesterhazi dünyanı gərgin vəziyyətdə saxlayan COVID-19-la mübarizə sahəsində tibbi tədqiqatların aparıldığını, bu virusa qarşı vaksinlərin və dərmanların hazırlanmasını söyləyərək bütün ölkələrin birliyi, həmrəyliyi nəticəsində tez bir zamanda pandemiyanın aradan qalxacağına ümidvar olduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

