Hikmət Babaoğlu: Fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilməməlidir
18.11.2020 [09:35]
“Paris meriyasının artıq mövcud olmayan hansısa “Dağlıq Qarabağ” adlı nəyisə tanımaq həvəsinə düşməsi gecikmiş və puç olmuş siyasi romantizmdən başqa bir şey deyil. Görünür, kimlərəsə yeni avtoritar populizm lazımdır və konkret halda Fransa paytaxtının meri Enn İdalqo bununla məşğuldur. Əslində, onu bu cür qeyri-qanuni addımlara təşviq edən də erməni lobbisi və Fransada olan ermənipərəstlərdir”.
Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Paris şurası 163 nəfərdən ibarətdir: “Şura şəhər merini və onun 40 müavinini seçir. Hazırda isə Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi İrəli Fransa Partiyası Şurada geniş şəkildə təmsil olunur. Ona görə də belə düşünməyə əsasımız var ki, bu məsələ sadəcə Paris meriyasının deyil, həm də sentyabr ayının 27-dən bəri Azəbaycanın beynəlxalq hüquqa söykənən haqq işinə qarşı təxribatçı fikirlər səsləndirən bəzi fransız rəsmilərin də təşəbbüsüdür. Bundan başqa, mer Ann İdalqonun Fransa erməniləri ilə sıx əlaqələri var. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə Paris meriyasının atmaq istədiyi qeyri-qanuni addımın kökündə nələrin dayandığını yaxşı izah edir. Ancaq bu da məsələnin hamısı deyil. Hələ 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış TUMO “Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndində də ofisi olub. Bütün bunlar erməni lobbisinin davamlı səyləri nəticəsində baş tutub. Ona görə də Paris meriyası hazırda belə spekulyativ hərəkətlər edir. Ancaq Paris kimi böyük bir şəhər meriyasının maraqları, ya da elə fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilə bilməz, çevrilməməlidir. Bu təşəbbüsə dəstək verənlər sonda ya peşman olmağa, ya da geriyə addım atmağa məhkumdurlar”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

