/ / Bolqarıstan kanalında Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması barədə məlumat verilib
Bolqarıstan kanalında Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması barədə məlumat verilib
18.11.2020 [09:13]
Noyabrın 17-də Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin aparıcı televiziya kanallarından olan “Televiziya Evropa”nın “Svobodna zona” verilişinin aparıcısı, tanınmış telejurnalist Qeorqi Koritarovun canlı efirdə qonağı olub.
AZƏRTAC xəbər verir ki, bir saat davam edən müsahibə zamanı səfir Ermənistanın ölkəmizə qarşı 30 il davam edən hərbi təcavüzü, Qarabağ bölgəsi daxil olmaqla ölkəmizin işğal altındakı bütün ərazilərinə dəymiş ziyan, aparılmış qanunsuz məskunlaşma, Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən talan olunması barədə məlumat verib.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Kəlbəcər, Laçın və Ağdam rayonlarının müvafiq cədvələ uyğun olaraq Azərbaycana geri qaytarılmalı olduğunu bildirən səfir münaqişənin tarixi barədə məlumat verib. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşdüyünü deyib. Diplomat konkret şəkillər göstərməklə 1993-cü ildə Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı azərbaycanlı mülki əhaliyə, sadəcə, 10 saat vaxt verildiyini, onların yaşadıqları evlərdən ayaqyalın getmək məcburiyyətində qaldıqlarını, indi isə Azərbaycan tərəfindən humanizm nümayiş etdirərək Kəlbəcərdə qanunsuz yaşayan şəxslərin bu bölgəni tərk etmələri üçün əlavə 10 gün möhlətin onlara verildiyini diqqətə çatdırıb.
Hazırda Ermənistan tərəfindən işğal olunan ərazilərə və cəbhə zonasından uzaqda yerləşən şəhər və kəndlərə vurulmuş ziyanın hesablandığını bildirən səfir 44 gün ərzində aparılan hərbi əməliyyat zamanı Azərbaycan tərəfindən həlak olmuş mülki əhalinin sayına və mülki infrastruktura dəymiş ziyana diqqət çəkib.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutduğunu bildirən səfir BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə və işğal olunmuş ərazilərini azad etmək hüququna sahib olduğunu vurğulayıb.
Türkiyənin regiondakı rolu barədə sualı cavablandıran səfir Türkiyənin son hərbi əməliyyatlar zamanı ölkəmizə yaxın və dost ölkə olaraq yalnız siyasi dəstək verdiyini, ölkəmizin 100 min nəfərdən ibarət nizami orduya və ən müasir hərbi texnikaya malik olduğunu və hər hansı kənar qüvvənin hərbi yardımına ehtiyacının olmadığını qeyd edib.
Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və dini abidələrə qarşı Ermənistan tərəfindən törədilmiş vandalizm aktları müvafiq şəkillərdən istifadə etməklə bolqar tamaşaçılarının diqqətinə çatdırılıb. Bu xüsusda, Azərbaycanın xristian mirası və ölkəmizdə mövcud multikulturalizm ənənələri barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

