Cavanşir Paşazadə: Azərbaycanın torpaqlarının işğalına son qoyulmalıdır
06.11.2020 [09:36]
“Bu gün Azərbaycan həm hərb meydanında, həm də diplomatiya müstəvisində böyük üstünlüyə sahibdir. İşğalçı Ermənistan getdikcə özünü daha da ağır duruma salmaqdadır. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı, törətdiyi müharibə cinayətləri, günahsız mülki şəxslərə qarşı terror aktları onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir. Xüsusilə, Gəncə və Bərdə şəhərlərində törədilən son terror aktı xarici mətbuat tərəfindən geniş işıqlandırıldı. Artıq təcavüzkar dövlət terror siyasəti ilə özünü beynəlxalq müstəvidə də təcrid edir”.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə bəyan olunub: “Prezident İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibələrində qeyd edib ki, erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Onu da nəzərə almaq lazımdır ki, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir”.
Rəsmi Yerevanın müharibə cinayətləri törətməkdə davam etdiyini deyən deputatın sözlərinə görə, döyüş bölgəsindən uzaq olan şəhərlərə, dinc əhaliyə kasetli raketlərlə hücumlar müharibə cinayətidir. Ermənilərin bu cinayətləri nəticəsində 90-dan çox dinc sakin həlak olub, 400-dən artıq insan isə yaralanıb. Bütün bunlar erməni faşizminin göstəriciləridir. C.Paşazadə söyləyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Eyni zamanda, Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşaya bilər.
Dövlətimizin başçısının müvafiq Fərmanını da xatırladan deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaq: “Yaradılacaq bu struktur dəymiş ziyanı hesablayacaq, onu qiymətləndirəcək, hər şey inventarlaşdırılacaq. Sonra isə vətəndaşların həmin torpaqlara qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq. Qarabağı bərpa etmək, onu Yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək üçün Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur”.
Münaqişənin həlli üçün beynəlxalq səylərə gəlincə, millət vəkili diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 27 il ərzində icra olunmadı: “Bu gün həmin qətnamələri Azərbaycan özü icra edir. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olduğu halda, onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Məlumdur ki, oktyabrın 30-da Cenevrədə həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilib. Azərbaycan bütün diplomatik təşəbbüsləri dəyərləndirir. Cenevrə görüşündə iştirak da bunu sübut edir. Təbii ki, Azərbaycan tərəfi bu görüşdə öz mövqeyini bir daha ifadə edib. Bu da ondan ibarətdir ki, Ermənistan qoşunlarını işğal etdiyi ərazilərimizdən çıxarmalıdır və bu, konkret vaxt cədvəlinə uyğun olmalıdır. Bundan sonra məsələnin siyasi yolla həlli mümkündür. Əgər Ermənistan bundan sonra da qeyri-konstruktiv mövqeyini davam etdirsə, təcavüzkar ölkə kimi ona sanksiyalar tətbiq olunmalıdır. Əgər kimsə ikinci erməni dövləti yaratmaq istəyirsə, bunu öz ölkəsinin ərazisində həyata keçirsin”.
NARDAR
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

