Anar Eyvazov: Hazırda qoşunlarımız döyüşləri tam üstünlüklə davam etdirir
05.11.2020 [08:36]
Ötən sutka ərzində düşmənin bölmələri Ermənistanın Berd rayonu istiqamətindən Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərimizi və cəbhənin müxtəlif istiqamətlərində ordumuzun digər mövqelərini, o cümlədən Ağdam, Ağcabədi, Tərtərdəki yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 4-də Hərbi İnformasiya Mərkəzində keçirdiyi brifinqdə bildirib.
Mətbuat katibi deyib ki, Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində hücuma keçməyə cəhd edən düşmən bölmələrimizin qəti cavab tədbirləri nəticəsində şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Aparılan əməliyyatlar nəticəsində düşmənin 10-cu dağatıcı və 37-ci atıcı diviziyaları, 2-ci motoatıcı, 5-ci dağatıcı və 543-cü alayları ordumuzun ağır zərbələrindən sonra ciddi itkilərə məruz qalıb.
Sutka ərzində düşmənin alay komandiri, tabor komandiri, snayper qrupu və tank heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 tankı, 3 topu, 1 pilotsuz uçuş aparatı, 3 hərbi yük maşını, “Zastava M-55” tipli zenit qurğusu və şəxsi heyətlə dolu UAZ markalı avtomobili məhv edilib. Hazırda qoşunlarımız əməliyyat sahəsində döyüşləri tam üstünlüklə davam etdirir.
Mətbuat katibi bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi indi bir tərəfdən çoxsaylı feyk məlumatlar yaymaq və fantastik ssenarilər qurmaqla hansısa “qələbələr”dən danışır. Digər tərəfdən, hədəflərimiz barədə saxta fikirlər aşılayaraq erməni cəmiyyətini Azərbaycan Ordusuna qarşı döyüşə cəlb etməyə çalışır. Bu cür hekayələrlə döyüşə cəlb edilən döyüşçülər müdafiə mövqelərində, yeraltı sığınacaqlarda, topların atəş nöqtələrində və tankların içində ordumuz tərəfindən məhv edilir, geriyə çəkilib itkin və əsir düşür. Ordumuza qarşı asimmetrik döyüş taktikaları ilə mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və onlar darmadağın edilir. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalarda, məktəblərdə və digər mülki obyektlərdə gizlənən namərd düşmənə qarşı mübarizə aparır.
“Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın tapşırığı ilə irəliləyərək işğal altında qalan torpaqları düşməndən təmizləyir. Bu fəaliyyətlə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edərək yalnız legitim hərbi hədəflərə atəş açır. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46

