Ermənistanın mülki şəxslərə hücumları beynəlxalq təşkilatlar tərəfindən pislənilir
31.10.2020 [08:41]
Ekspertlərin fikrincə, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatların Bərdəyə edilən hücumlarla bağlı yaydıqları açıqlamalar işğalçı dövlətin faşist və terrorçu mahiyyətini ifşa edir
Döyüş meydanında ağır məğlubiyyət yaşayan Ermənistanın Azərbaycanın cəbhə xəttindən uzaq ərazilərinə kasetli bombalarla hücum etməsi, dinc əhalini hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən də pislənilməkdədir. Vurğulanmalıdır ki, Bərdə şəhərinə edilən hücumla bağlı artıq bir sıra tanınmış media resursları reportajlar hazırlayıb təqdim etməkdədirlər. Məsələn, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə hücum zamanı kasetli bombalardan istifadə edilməsi barədə xəbər “VICE News” kanalının jurnalistləri tərəfindən də beynəlxalq ictimaiyyətə çatdırılıb. Kanalın əməkdaşı Hind Hassan rəsmi “İnstagram” hesabında bildirib ki, Bərdə şəhərində raket zərbələri yaşayış evlərinə endirilib.
Eləcə də bir sıra beynəlxalq təşkilatlar - “Amnesty International”, “Human Rights Watch” təşkilatları bununla bağlı açıqlamalar yayıblar. Bu açıqlamalarda qadağan edilmiş silahlardan istifadə və mülki əhaliyə qarşı olan hücumların yolverilməzliyi yer alıb. Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı apardığı terror siyasətinə dünya ictimaiyyətinin diqqət yetirməsi, bununla bağlı konkret mövqe səsləndirməsi Prezident İlham Əliyevin apardığı xarici siyasət kursunun uğurudur. Sentyabrın 27-dən başlayaraq ölkə başçısının münaqişənin mahiyyəti, Azərbaycanın haqlı mövqeyi, qarşı tərəfin müharibə cinayətlərinə əl atması ilə bağlı xarici KİV-lərə verdiyi müsahibələr, səsləndirdiyi fikirlər ermənilərin illərdir apardığı yalan təbliğatı darmadağın edib. Bunun nəticəsidir ki, bu gün beynəlxalq aləm Dağlıq Qarabağda baş verənlər və xalqımıza qarşı törədilən cinayətlər haqqında obyektiv münasibət sərgiləyir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları qısa zamanda işğal altındakı torpaqlarımızın azad olunmasını təmin edib. E.Mirbəşir döyüş meydanında uduzan işğalçı ölkənin mülki vətəndaşları hədəfə almasını, Gəncə, Bərdə, Mingəçevir şəhərinə, o cümlədən cəbhə xəttindən kənardakı digər regionlarımıza olunan hücumları müharibə cinayəti adlandırıb: “Artıq bir neçə təşkilat bununla bağlı mövqeyini açıqlayıb. “Amnesty International”, “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Onların bu barədə yaydıqları açıqlamalarda bu hücumlar nəticəsində qətlə yetirilən şəxslərin siyahısı qeyd edilib və kasetli sursatlardan mülki əhaliyə qarşı istifadə etmək amansızlıq və məsuliyyətsizlik adlandırılıb. Beynəlxalq təşkilatların sərgilədiyi bu mövqe Azərbaycan Prezidentinin Ermənistan üzərindəki növbəti qələbəsi hesab edilməlidir. Sentyabrın 27-dən indiyə qədər çoxsaylı xarici KİV-lərə müsahibələr verən Azərbaycan Prezidenti öz yüksək intellekti, peşəkar siyasi bacarığı ilə bütün dünyanın diqqətini münaqişənin mahiyyətinə cəlb edə bilib. Artıq dünya birliyi, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı məsələdə bizimlə eyni mövqedən çıxış edir. Bu uğurlar cənab Prezidentimizin apardığı siyasətin nəticələridir. İnanırıq ki, yaxın zamanda qələbəmiz tam təmin ediləcək və işğal altındakı bütün torpaqlarımız azadlığa qovuşacaq”.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli də Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün təmini uğrunda apardığı mübarizənin beynəlxalq hüququn prinsip və normalarına uyğun olduğunu diqqətə çatdırıb. R.İsgəndərli bildirib ki, beynəlxalq birliyin, hüquq müdafiə təşkilatlarının münaqişə ilə bağlı səsləndirdikləri fikirlərdə, yaydıqları bəyanatlarda Azərbaycanın haqlı mövqeyi dəstəklənir. R.İsgəndərli onu da qeyd edib ki, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatların Bərdə şəhərinə edilən hücumlarla bağlı açıqlamalar yayması, mülki əhalinin hədəfə alındığını və qadağan edilən silahlardan istifadə olunduğunu təsdiqləməsi artıq işğalçı Ermənistanın bütün platformalarda Azərbaycana uduzduğunu deməyə əsas verir: “Milli Ordumuz cəbhə xəttində düşmənə ağır zərbələr endirir, torpaqlarımız işğaldan azad olunur. Bununla paralel olaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasət digər platformalarda da qələbəmizi şərtləndirir. Artıq beynəlxalq təşkilatlar Ermənistanın dinc insanlara qarşı apardığı terror hərəkətlərini pisləyir. Bu, böyük uğurdur və bu uğurun memarı cənab Prezidentimizdir. Dövlət başçısının səsləndirdiyi hər bir fikir yüksək faktoloji əhəmiyyət daşıyır və arqumentləşdirilib. İnanırıq ki, bütün platformalarda atılan davamlı addımlar yaxın zamanda torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41

