/ / Əminə Ağazadə: İnanıram ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz təmin olunacaq, ədalət öz yerini tapacaq
Əminə Ağazadə: İnanıram ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz təmin olunacaq, ədalət öz yerini tapacaq
30.10.2020 [08:55]
“Sentyabrın 27-dən başlayaraq erməni təxribatlarının qarşısının alınması istiqamətində aparılan əks-hücum əməliyyatları bir daha Azərbaycan dövlətinin gücünü, Azərbaycan Ordusunun döyüş hazırlığını bütün dünyaya, o cümlədən düşmən Ermənistana nümayiş etdirdi. Qısa zaman kəsiyində işğal altında olan torpaqlarımızın mühüm bir hissəsinin azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Döyüş meydanında açıq şəkildə məğlubiyyətə uğrayan işğalçı Ermənistan isə düşdüyü acınacaqlı durumu günahsız insanlara, dinc sakinlərə qarşı terror həyata keçirməklə kompensasiya etməyə çalışır. Bütün müharibə qanunlarını, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyasının tələblərini pozan Ermənistanın Bərdə şəhərinə qarşı qadağan olunmuş “Smerç” tipli raketlərlə atəş açması birmənalı şəkildə hərbi cinayətdir. Müharibə zonasından kənarda yaşayan insanların, günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın faşist mahiyyətinin növbəti ifşasına çevrilir. İnanıram ki, dünya birliyi Bərdə rayonunda, eləcə də Gəncə şəhərində və digər regionlarımızda yaşayan vətəndaşlarımıza qarşı aparılan bu amansız terrora qarşı öz mövqelərini ortaya qoyacaqlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu ağır cinayətin məsuliyyətini daşıyacaq”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Millət vəkili bildirib ki, bu gün Azərbaycan xalqı birmənalı şəkildə öz Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşərək torpaqların azad edilməsi uğrunda mübarizə aparır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırıldığını deyən Ə.Ağazadə onu da vurğulayıb ki, ötən bir ay ərzində ermənilərin illərlə yaratdıqları mif darmadağın edilib. “Cənab Prezidentimiz aparıcı xarici KİV-lərə müsahibələrində münaqişənin mahiyyəti, Ermənistanın işğalçı siyasət yürütməsi və regiondakı sabitliyə, inkişafa törətdiyi təhdidlərlə bağlı olduqca dəyərli fikirlər bildirib. Bu gün dünyanın aparıcı media orqanları cənab Prezidentimizin fikirlərinə istinad edərək Ermənistanın iç üzünü açır. İnanıram ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun gücü sayəsində qısa zamanda ərazi bütövlüyümüz təmin olunacaq, ədalət öz yerini tapacaq”, - deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25

