Əlisahib Hüseynov: Paşinyanın başqa seçimi yoxdur
27.10.2020 [09:07]
“Bir-birindən sərsəm açıqlamaları və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixoloji problemləri var”. Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, Paşinyan kompromislər üçün, sülh üçün heç bir əl yeri qoymur. O bütün “körpü”ləri yandırır. Danışıqlardan imtina edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Elə sosial şəbəkələrdə sonuncu paylaşımı da bütün bu fikirləri təsdiqləyir.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Ordusunun müvəffəqiyyətli əks-hücumları nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri özünün rəsmi “facebook” səhifəsində bütün ermənilər üçün yeni “fəaliyyət planı”nı təqdim edib: “Planın əsas məğzi ondan ibarətdir ki, Paşinyan bütün erməniləri könüllü döyüş dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın yeni planı ermənilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Bir sözlə, onlar bu yeni plana öz etirazlarını ifadə edirlər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları narsizm xəstəliyinə tutulmuş Paşinyanın vecinə deyil. Paşinyan hal-hazırda öz xalqını eşitmək, dinləmək istəmir. Onsuz da müharibənin hələ ilk günlərindən Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünü və öz hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun hakimiyyət maraqlarına xidmət edir. Və əslində hal-hazırda hətta Qarabağ da Paşinyan üçün maraqlı deyil. Çünki o Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O çıxılmaz situasiyanın əsirinə çevrilib və onun ətrafında çevrə gündən-günə daralır”.
Ə.Hüseynovun fikrincə, artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir: “Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan əgər hələ də öz xalqına heç olmasa son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etməli, müharibəni dayandırmalı və işğalçı erməni qoşunları torpaqlarımızı dərhal tərk etməlidir. Son çıxış yolu budur. Paşinyanın başqa seçimi yoxdur”.
Xəbər lenti
Hamısına baxİdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46

