Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir
22.10.2020 [09:11]
27 ildən sonra Silahlı Qüvvələrimiz Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizi azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olur
Müstəqil Azərbaycan son vaxtlarda dünyada müşahidə edilən ikili standartlardan əziyyət çəkən ölkələr sırasında yer alır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan hərbi güc tətbiq etməklə ölkəmizin ərazi bütövlüyünü pozub, torpaqlarımızın 20 faizini - Dağlıq Qarabağı və ətraf 7 rayonu zəbt edib. Düşmən tərəf işğal altına aldığı ərazilərdə etnik təmizləmə həyata keçirərək bir milyondan çox azərbaycanlını doğma ev-eşiyindən didərgin salıb. Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirərək ağlasığmaz müharibə cinayətləri törədir. Lakin dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə biganə yanaşıb, təcavüzkar cəzalandırılmayıb və nəticədə, üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb.
BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı
Son vaxtlarda dünyada beynəlxalq hüququn işləməməsi acı təəssüf doğuran reallığa çevrilib. Açıq-aydın görünür ki, dünya nizamı vahid qaydalarla, eyni yanaşmalarla müəyyənləşdirilmir. Biz müşahidə edirik ki, bəzi hallarda beynəlxalq təşkilatlar, güc mərkəzləri, iri dövlətlər hansısa bir münaqişəyə çox operativ reaksiya verərək onun aradan qaldırılmasına qısa müddətdə nail olurlar, işğalçılıq siyasəti aparan dövlət həmən cəzalandırılır və sərt sanksiyalarla üz-üzə qalır. Digər hallarda isə oxşar münaqişələrə fərqli, selektiv yanaşma ilə rastlaşırıq, hansısa bir təcavüzkar dövlətin on illər boyu cəzalandırılmamasının şahidi oluruq. Belə ikili standartlara yol verilməsi qlobal miqyasda arzuolunmaz presedentlərə yol açır və ilk növbədə beynəlxalq birliyin özü üçün təhlükələr yaradır.
BMT Təhlükəsizlik Şurasının ötən əsrin doxsanıncı illərinin əvvəllərində qəbul etdiyi və özündə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmasını ehtiva edən 4 qətnamənin yerinə yetirilməməsi yuxarıda deylənlərə əyani nümunədir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun, Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə əsasən, işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş digər ərazilərindən çıxarılması tələb olunur.
Bəhs olunan sənədlərdə hər şey aydın yazılsa da, Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycanın yeni torpaqlarını ilhaq etmək xətti tutdu.
Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Lakin bütün bunlar baş vermədi.
Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı
İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Ən paradoksal hal odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlarda BMT-nin və həmsədr ölkələrin yadından tamamilə çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda, BMT-nin özü və həmsədr dövlətlər həmin sənədlərə toxunmurlar. Başqa sözlə desək, Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır, qurumun özü isə buna məhəl qoymur.
Aradan 27 il ötəndən sonra Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Silahlı Qüvvələrimiz xilaskarlıq missiyası yerinə yetirir. Bizim Ordumuz öz ərazilərimizdə vuruşur, öz ərazilərimizdə şəhidlər verir. Azərbaycanın apardığı müharibə ədalətli müharibədir. Bütün bu amillər Ordumuzun şəxsi heyətinə döyüş meydanlarında şücaət göstərmək üçün əlavə stimul verir. Hazırda Silahlı Qüvvələrimiz əks-hücum əməliyyyatlarını uğurla davam etdirir. Qısa müddət ərzində bir sıra strateji əhəmiyyət daşıyan yüksəkliklər, ayrı-ayrı yaşayış məntəqələri işğaldan azad edilib. Ordumuzun düşmənin hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olub. Deyə bilərik ki, bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

