Ermənistan enerji infrastrukturunu hədəf alır - diplomatik korpusun rəhbərləri Mingəçevirdə
13.10.2020 [09:25]
Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfərdən sonra Mingəçevir şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və başqaları müşayiət ediblər.
Səfərin məqsədi xarici diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etmək olub.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilib ki, işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutub. Belə ki, düşmən oktyabrın 11-də Gəncə ilə yanaşı, gecə saat 4 radələrində cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərini də hədəf alıb, mülki əhalinin sıx yaşadığı məntəqələr raket zərbələri ilə atəşə tutulub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsl məqsədi dinc sakinlərlə yanaşı, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyasını atəşə tutmaq olub. Raketlərin ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində baş verə biləcək regional fəlakətin qarşısı alınıb. Ümumiyyətlə, sentyabrın 27-dən bəri düşmən tərəfindən Mingəçevir şəhərinə atılan raketlərin bir neçəsi yaşayış yerlərinə düşüb. Nəticədə dinc sakinlər yaralanıb, eyni zamanda, evlərə külli miqdarda ziyan dəyib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyinə qarşı yönəlmiş növbəti cinayət hadisədir.
Qeyd edək ki, oktyabrın 12-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində, ümumilikdə, 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 148, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1185-dir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

