İşğalçı ölkə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir
08.09.2020 [09:35]
Ekspertlərin fikrincə, baş verən son proseslərdən aydın görünür ki, Ermənistan tərəfi beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqlarını pozmaq və işğalçılıq siyasətini davam etdirmək niyyətindədir
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Azərbaycan Respublikası üçün prioritet təşkil edir. Ölkəmizin bu istiqamətdəki mövqeyi birmənalıdır: münaqişə mütləq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Lakin düşmənin iyul ayında Tovuz istiqamətində təxribat cəhdi və digər təxribatçı hərəkətləri bir daha təsdiqləyir ki, işğalçı Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların uğurla nəticələnməsində maraqlı deyil. Belə ki, Ermənistan hakimiyyəti son dövrlər mütəmadi olaraq danışıqlar prosesini pozmağa hesablanmış addımlar atır. Ekspertlərin fikrincə, baş verən son proseslərdən aydın görünür ki, Ermənistan tərəfi beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqlarını pozmaq və işğalçılıq siyasətini davam etdirmək niyyətindədir.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Elman Məmmədov da deyib ki, Ermənistan hər vəchlə danışıqlar prosesini pozmağa, beynəlxalq müstəvidə “Madrid prinsipləri”nin üzərindən xətt çəkməyə çalışır: “Məlum olduğu kimi, sentyabrın 1-də Rusiya Xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmsilçilərinin regionda təşkil etdikləri görüşlərin bərpasında maraqlı olmasına əminliyini bildirib. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağa son səfərindən dərhal sonra qondarma rejimin təmsilçisi bəyan edib ki, guya ATƏT-in Minsk qrupunun formatında danışıqlar prosesinin bazası sayılan “Madrid prinsipləri” artıq müzakirə olunmur. Separatçıların rəhbəri Araik Arutyunyan öz növbəsində, ümumiyyətlə, erməniləri sülh barədə düşünməyə yox, müharibəyə hazırlaşmağa çağırıb”.
E.Məmmədov deyib ki, işğalçı Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin nümayəndələrinin dilindən səsləndirdiyi bu cür bəyanatlarla əvvəllər qəbul etdiyi “Madrid prinsipləri”ndən imtina etdiyini ortaya qoyub: “Ermənistan bu addımları ilə münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. İşğalçı tərəf açıq şəkildə göstərir ki, beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqlarına meyilli deyil, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymur. Buna görə də beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk qrupuna həmsədr ölkələr belə təxribatçı addımlarına görə Ermənistana qarşı sərt mövqe nümayiş etdirməli, təcavüzkar siyasətini davam etdirən işğalçı ölkə cəzalandırılmalıdır”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, Ermənistan işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu dəfələrlə sübut edib: “Son günlər qondarma rejimin nümayəndələrinin açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi ölkəmizə qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır. Elə A.Arutunyanın vaxtilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni vurmaqla hədələməsi və müharibəyə hazırlıq çağırışları barədə son açıqlamaları da bunu sübut edir”.
Açıqlamasında, eyni zamanda, Ermənistanda hərbi könüllü dəstələrinin yaradılması məsələsinə də toxunan S.Məmmədovun fikrincə, bu cəhd düşmənin müharibəyə hazırlaşmasının daha bir göstəricisi ola bilər: “Məlum olduğu kimi, Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklər silahlı hücum və ya hərbi əməliyyat zamanı vətəndaşların Ermənistanın hərbi müdafiəsində könüllü iştirakını nəzərdə tutur. Bu məsələdə digər təhlükəli məqam isə yaradılacaq könüllü hərbi dəstələrin tərkibinə xaricdən gələn muzdluların cəlb olunması ilə bağlıdır”.
“Görünən odur ki, işğalçı Ermənistan sülh danışıqları prosesinə destruktiv yanaşır, mövcud status-kvonu qoruyub saxlamaq istəyir. Üstəlik, düşmən işğalçılıq siyasətini davam etdirmək niyyətini ortaya qoyur. Birmənalı şəkildə demək olar ki, düşmənin bu mənfur niyyəti baş tutmayacaq. Çünki Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu istənilən vaxt işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır və buna qadir olduğunu dəfələrlə sübut edib”, - deyə S.Məmmədov vurğulayıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

