NATO Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komitəsinin onlayn iclası keçirilib
04.09.2020 [09:38]
Sentyabrın 2-də NATO Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycanın qurumda nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, quruma üzv və assosiativ ölkələrin nümayəndələrinin qatıldıqları onlayn iclasın gündəliyinə Rusiya və Qərbi Balkanlarla bağlı və digər məsələlər daxil edilib.
Toplantıda fransalı deputat Sedrik Perrin Rusiyada hərbi modernləşmə və NATO müttəfiqləri üçün qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Sonra Trans-Atlantik müdafiə və təhlükəsizlik əməkdaşlığı üzrə alt komitə tərəfindən hazırlanmış Qərbi Balkanlarda sülhün və təhlükəsizliyin təmin olunmasına dair çağırışlar barədə məruzə təqdim edilib. Məruzəni fransalı deputat Jan Larsonner səsləndirib.
İclas iştirakçıları hər iki məsələ ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.
Müzakirələr zamanı Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov gündəlikdəki məsələlərə öz münasibətini bildirib. Çıxışında parlamentin komitə sədri COVID-19 pandemiyasının dünyada yayılmasının qarşısının alınmasında Azərbaycan Respublikasinın verdiyi töhfələrdən söhbət açıb. O qeyd edib ki, pandemiyanın ilk günlərindən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maddi yardım ayırıb. Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib. Ümumilikdə, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəylik nümayiş etdirərək 30-dan artıq dövlətə humanitar yardım göstərib.
Müzakirələrdə məruzəçi Jan Larsonner pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Prezidenti tərəfindən görülən işləri yüksək qiymətləndirərək cənab İlham Əliyevə təşəkkürünü ifadə edib.
Konfransda Ziyafət Əsgərov vurğulayıb ki, Qoşulmama Hərəkatının (QH) sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə Görüşü təşkil edilib.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Daha sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından məsələ ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkədən dəstək gəldi. İyulun 8-də cənab İlham Əliyev ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirib. BMT-nin Baş katibi COVID-19-la mübarizəyə dair təşkilatın xüsusi sessiyasının çağırılması barədə təşəbbüsə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib.
Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü BMT Baş Assambleyasının rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. BMT Baş Assambleyasının prezidenti Ticcani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Avqustun 31-də Ticcani Məhəmməd-Bande həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib ki, Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir.
Ziyafət Əsgərov əminliklə bildirib ki, cari il iyulun 10-dan başlayaraq bu gün də davam edən BMT-nin xüsusi sessiyası COVID-19 pandemiyası qarşısında beynəlxalq ictimaiyyətin səfərbər olunmasına şərait yaradacaq, bu qlobal təhdidə qarşı lazımi cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

