/ / Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır
Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır
02.09.2020 [09:11]
Mövcud faktlar qarşısında dünya birliyi Ermənistana qarşı siyasətini sərtləşdirməli, bütövlükdə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün işğalçı ölkəyə daha çox təzyiq göstərilməlidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionu və ətraf rayonlarda işğalçı Ermənistanın indiki və keçmiş rejimləri tərəfindən qeyri-qanuni fəaliyyətlərə rəvac verilir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar bu qəbildəndir. Qeyd edək ki, Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim edərək Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Ona görə ki, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokolların müvafiq müddəalarının kobud şəkildə pozulmasıdır.
Buna baxmayaraq, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. Ekspertlərin fikrincə, Livan ermənilərinin köçürülməsində Ermənistanın əsas məqsədi erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri qayıtmasının qarşısını almaqdır.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Nigar Arpadarai deyib ki, Ermənistan tərəfinin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma aparmaq cəhdi ilk dəfə baş vermir: “Təəssüf ki, Ermənistan hər bir yolla Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməyə çalışır. Hətta Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da yer alıb. Livandan olan erməni əsilli ailələrin işğal olunmuş ərazilərimizə köçürülməsi də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının nəticələrini birbaşa və ya dolayı yolla möhkəmləndirməyə xidmət göstərən hər hansı bir fəaliyyət, layihə və ya təşəbbüs beynəlxalq hüquqa görə təcavüz aktının davamıdır”.
“Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və Azərbaycan və Ermənistan üzrə daimi məruzəçilərinin bu il iyunun 10-da qəbul etdiyi bəyanatı xatırlatmaq istəyirəm. Sözügedən bəyanat Dağlıq Qarabağın və onun ətrafında olan ərazilərin Ermənistan tərəfindən işğalından bəhs edir, orada Ermənistandan Dağlıq Qarabağa yeni bir yolun çəkilməsi sülhə əngəl yaradacaq bir addım kimi qiymətləndirilir. Qeyri-qanuni məskunlaşdırma məsələsində də oxşar bəyanatlara nail olmaq yaxın gələcək üçün əsas məqsədimiz olmalıdır”, - deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev isə bildirib ki, Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, o cümlədən Livandan gətirilən ermənilərin məqsədli şəkildə yerləşdirilməsi beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinə ziddir.
“Bu, həm də nüfuzlu beynəlxalq təşkilatların sülh çağırışlarına maneə yaratmaq məqsədi daşıyır. Hesab edirəm ki, işğalçı Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır. Buna görə də dünya birliyi Ermənistanın işğalçı rejiminə münasibətdə siyasətini sərtləşdirməlidir. Eyni zamanda, beynəlxalq qurumlar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin tələblərini qeyd-şərtsiz yerinə yetirməsi, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün Ermənistana daha çox təzyiq göstərməlidir”, - deyə M.Əfəndiyev vurğulayıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

