Nikol Paşinyan özünü növbəti dəfə BBC televiziyasının “HARDTalk” proqramında rüsvay edib
15.08.2020 [00:36]
Ermənistanın baş naziri Nikol Paşinyan özünü növbəti dəfə BBC televiziyasının “HARDTalk” proqramında rüsvay edib. Veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan bir daha siyasi ritorika və natiqlik səviyyəsi baxımından çox primitiv olduğunu nümayiş etdirdi. AZƏRTAC proqramdan bəzi məqamları təqdim edir.
Verilişin əvvəlində aparıcının “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz "böyük məxməri inqilab" adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu?” sualına cavabında N.Paşınyan ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı “nailiyyətlərdən”, adını da çəkmədiyi beynəlxalq reytinqlərdə qazanılan “uğurlardan” danışdı. Yəqin Paşinyan bu “nailiyyətlərdən” danışarkən öz ailəsinin korrupsiya yolu ilə əldə etdiyi sərvətləri, mülkləri nəzərdə tutur. Lakin bu gün beynəlxalq ictimaiyyət, həmçinin məşhur teleaparıcı Stiven Sakur da yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur, ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır. Paşinyan isə utanmadan adını belə çəkmədiyi beynəlxalq reytinqlərdə, jurnallarda son iki ildə qazanılan “nailiyyətlərdən” dəm vurur.
Stiven Sakur növbəti sualında “Sizin idarəetmənizdə bir çox insanların gözlədiyi kimi hər hansı bir dəyişiklik olmadı. Siz Azərbaycan ilə sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” fikri ilə Paşinyanın da sələfləri kimi, işğalçı və faşist mahiyyətini bir daha ifşa etdi. Paşinyan özünün qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışdı. Aparıcı isə dərhal müdaxilə edərək bildirdi: “Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”. Paşinyan yenə də bu suala cavab tapmır və kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta, sənədə əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər səsləndirməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.
Hazırlıqlı və peşəkar Stiven Sakur isə BMT Təhlükəsizlik Şurasının sənədlərinə istinad edərək açıq şəkildə Paşinyanı sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal olunmuş torpaqlara qanunsuz səfərlərə görə ittiham edir. Paşinyan bu dəfə də yalanlar silsiləsini davam etdirərək faktlardan yayınmağa, işğalçı mahiyyətini ört-basdır etməyə çalışdı.
Paşinyanın strategiyasında mənalı sülh elementinin olmadığını açıq şəkildə ifadə edən aparıcı baş nazirin əvvəlki sələfləri kimi göründüyünü, onlardan fərqlənmədiyini vurğuladı. Ardınca isə Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırlatdı və Paşinyana “bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı” sualını verdi. Lakin Stiven Sakur dəfələrlə sualı təkrarlasa da, Paşinyandan dürüst cavab ala bilmədi: “Mən sadəcə erməni hərbçiləri tərəfindən törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinizə götürməyə və üzr istəməyə hazır olub-olmadığınızı bilmək istəyirəm. Bu, çox sadədir: Bəli və ya xeyr?”. Əlbəttə ki, faşist ideologiyasına xidmət edən Nikol Paşinyanın özündə cəsarət tapıb Azərbaycan xalqından üzr istəyəcəyini düşünmək sadəlövhlük olardı.
Aparıcı daha sonra Ermənistan hökumətinin COVID-19-a qarşı mübarizədəki uğursuzluqlarından danışaraq Paşinyan hökumətinin Ermənistan ilə Azərbaycan arasında yaşanan gərginlikdən pandemiya ilə mübarizədəki uğursuzluğu və bacarıqsızlığı ört-basdır etmək üçün istifadə etmək istədiyini bildirdi, həmçinin Ermənistandakı siyasi təqiblərdən, onun xarici siyasət kursundan bəhs etdi. Paşinyan isə bu suallara da qısa və heç bir arqumentə əsaslanmayan, qeyri-rasional cavablar verdi.
Bu rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu göstərdi.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

