Hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etməyə hazır olmalıyıq
04.03.2010 [11:29]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi Azərbaycan dövlətinin xarici siyasət strategiyasının öncül istiqamətlərindən birini təşkil edir. Məhz bu yöndə Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyənləşdirilmiş və reallaşdırılmış praqmatik strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların, aparılan danışıqların olduqca intensivləşməsinə səbəb olub. Bunun qanunauyğun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi mütəmadi qaydada beynəlxalq siyasi gündəmin öncül problemlərindən birini təşkil etməkdədir. Eləcə də, beynəlxalq münasibətlər sisteminin tamhüquqlu aktorlarının, demək olar ki, hamısının yekdil və yekun qənaəti ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normalarına əsasən həll olunmalıdır. Beynəlxalq hüquq normaları isə birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığını əsas prinsip kimi qəbul edir...
Amma bununla yanaşı, Azərbaycan münaqişənin həlli yönündə öz səylərini davam etdirmək və daha da artırmaq niyyətindədir. Qəbələdə məcburi köçkünlər və ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz səylərini davam etdirəcək: “Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə biz buna nail ola bilmişik”.
Əlbəttə, Azərbaycan öncə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, dinc vasitələrlə həll edilməsi tərəfdarı kimi çıxış edir. Rəsmi Bakı bu prosesdə beynəlxalq hüquq normalarını başlıca tənzimləyici mexanizm kimi qəbul edir. Amma alternativ tədbirlərin görülməsi də münaqişənin həlli yönündə xüsusi önəm kəsb edir: “Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Amma eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etməyə hazır olmalıyıq”.
ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinamikası və spesifikliyinə-xarakteristikasına görə xüsusi yanaşma tələb edən həssas problemlərdəndir. Münaqişənin gedişatında atılacaq hər hansı bir qeyri-konstruktiv və ədalətsiz bir addım nəticə etibarilə Cənubi Qafqazı “barıt cəlləyi”nə - destabil bir məkana çevirə bilər. Bu isə ümumilikdə beynəlxalq təhlükəsizlik üçün təhdid yaradan başlıca dağıdıcı meyillərdən və faktorlardan birini təşkil edə bilər. Münaqişəşünaslıq elminin əsasları sübut edir ki, məhz bu cür münaqişələrin həllinə istər dünya ictimaiyyəti, istər aparıcı beynəlxalq təşkilatlar və aktorlar, istərsə də vasitəçi qurumlar xüsusi yanaşma göstərməlidirlər. çünki regional və qlobal miqyasda təhlükəsizliyin, strateji balansın və uzunmüddətli sabitliyin təmin edilməsi məhz bu cür dağıdıcı meyillərin aradan qaldırılmasından bilavasitə asılıdır. Dolayısıyla, münaqişənin həlli yönündə istər diplomatik vasitələrdən, istərsə də güc tətbiqi metodundan istifadə olunması yekdilliklə qəbul olunmuş zəruri praktik mexanizm hesab olunur.
Qısacası, beynəlxalq hüquq normaları da tam mənada imkan verir ki, diplomatik vasitələrin, sülh danışıqlarının nəticə vermədiyi məqamda - sözün bitdiyi anda Azərbaycan silahlı müdafiə metodu və mexanizminə baş vursun. öz torpaqlarını güc tətbiqi vasitəsilə azad etmək Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit olunmuş ali hüququdur. Elə 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da bu prinsip və hüquq birmənalı şəkildə - heç bir şübhə yeri qoyulmadan təsdiq edilir: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər”.
Prezident İlham Əliyevin timsalında bir daha prinsipiallıqla qeyd olunub ki, Azərbaycan yaranmış bu vəziyyətlə barışa bilməz: “Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir”.
Göründüyü kimi, Azərbaycan prinsipial və rasional mövqeyinin fonunda, istənilən şəraitdə özünün ərazi bütövlüyünü mütləq mənada bərpa edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücumçu diplomatiya əvvəl-axır Ermənistanın dağıdıcı mövqeyini fiaskoya uğradacaq.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23

