Müharibə cinayətkarlarına şərait yaradılması ədalətsizlik və ikili standartlardır
04.03.2010 [11:29]
İstər müharibə, istərsə də dinc şəraitdə günahsız, mülki əhalinin qətlə yetirilməsi və işgəncələrə məruz qalması hadisənin baş verdiyi məkandan, qurbanların sayından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən hesab olunur. Belə cinayətlərin iştirakçıları və səbəbkarları mütləq ədalət məhkəməsinə cəlb olunmalı, törətdikləri cinayət əməllərinə görə cavab verməlidirlər. Qeyd edək ki, dünya təcrübəsində belə insanların cinayət məsuliyyətinə cəlb olunmaları barədə kifayət qədər nümunələr var. Məsələn, keçmiş Yuqoslaviyanın prezidenti, minlərlə müsəlmanın qətlə yetirilməsində əli olan Slobodan Miloşeviç və 1995-ci ilədək Bosniya Serb Respublikasının rəhbəri və 7 mindən çox müsəlmanın ölümünə səbəb olan Rodovan Karaciçin beynəlxalq Haaqa tribunalına təhvil verilməsi və digər belə hallar buna əyani sübutdur. üstəlik belə cinayətlərdə əli olan daha onlarla siyasi liderin beynəlxalq tribunala çıxarılması üçün barələrində axtarış elan olunub.
Təəssüfləndirici hal odur ki, nədənsə Azərbaycan xalqına qarşı qəddar cinayətlərdə birbaşa iştirak edən ermənilər məsuliyyətdən kənarda qalır, istənilən ölkədə rahat yaşayır, hətta yüksək postlar belə tuturlar. Bu günlərdə Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev sözügedən məsələyə toxunaraq Azərbaycan xalqına qarşı qırğınlar törədən müharibə cinayətkarlarının dünyanın müxtəlif yerlərində qəbul edildiklərini, onlara hər cür şərait yaradıldığını vurğulayıb: “Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər. Amma erməni quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır”.
Bəli, əli Azərbaycan xalqının qanına bulaşmış erməni quldurlarının əməlləri heç də adları çəkilən Karaciçdən Miloşeviçdən geri qalmır. Bunu dəlillər də sübut edir.
Məsələn, Ermənistanın hazırkı prezidenti 1954-cü ildə Xankəndidə anadan olan Serj Sarkisyan Dağlıq Qarabağda separatizmin güclənməsində, Xocalı soyqırımının törədilməsində müstəsna “xidmətləri” olan cinayətkardır. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsinin alovlanmasında bilavasitə rolu olan bu şəxs indi münaqişənin sülh yolu ilə həllindən danışır.
Prezident vəzifəsinə qədər yüksələ bilmiş digər cinayətkar Robert Köçəryan da Qarabağda dinc əhaliyə qarşı törədilən cinayətlərin fəal iştirakçılarından olub.
Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan Xocalı soyqrımının təşkilində və dinc əhalinin qətlində xüsusi canfəşanlıq göstərənlərdən biri olub. Əlavə edək ki, Ohanyan o zaman 366-cı alayın ikinci batalyon komandiri idi. Ohanyan Xocalı qətliamından sonra öz cinayətkar əməllərini Qarabağın digər rayonlarında da davam etdirib.
Erməni yazıçısı Zori Balayan isə Xocalıda uşaqlara və qadınlara qarşı törətdiyi vəhşilikləri yazılarında təsvir edərək öz cinayət əməllərini etiraf edib. O, həmçinin, 1994-cü ildə Bakı metrostansiyalarının birində törədilən terror aktının təşkilatçılarından biridir. Azərbaycan tərəfinin səylərinə baxmayaraq, İnterpol nədənsə bu cinayətkarın axtarışından imtina edib.
Qarabağda və ətraf rayonlarda vəhşiliklər törədərək sonradan Ermənistanda və qondarma rejimin tərkibində yüksək pillələrə çəkilən, dünyanın müxtəlif yerlərində hörmətlə qarşılanan erməni cinayətkarlarının siyahısını istənilən qədər artırmaq olar. Adları bəlli olan bu insanların bu günə qədər azadlıqda sərbəst dolaşması bütün bəşəri, humanist prinsiplərə ziddir.
Onu da əlavə edək ki, vaxtilə Qarabağda azərbaycanlılara qarşı amansızlıq göstərən bu cinayətkar insanlar erməni xalqının da başına bəla olublar. Belə ki, Ermənistan rəhbərlərinin yarıtmaz daxili və xarici siyasəti üzündən ağır sosial-iqtisadi şəraitdə yaşayan əhali ölkəni tərk edir. Eləcə də, 2008-ci ilin mart hadisələri bir daha göstərdi ki, bu cinayətkarlar şəxsi mənafeləri naminə hətta erməni vətəndaşlarının da həlak olmasına sərəncam verirlər. Bu səbəbdən də, artıq Ermənistanda Robert Köçəryanın erməni xalqına qarşı törətdiyi cinayətlərə, demokratiya əleyhinə fəaliyyətinə görə Haaqa məhkəməsinə çıxarılması üçün imzatoplama kampaniyası həyata keçirilir. Lakin Köçəryan və digərləri həm də Azərbaycan xalqı qarşısında olan ağır günahlarına görə mühakimə olunmalıdırlar. Beynəlxalq müstəvidə haqq-ədalətin bərpası, cinayətkarların cəzalandırılması funksiyasını üzərinə götürmüş qüvvələr, təşkilatlar bu məsələyə ciddi yanaşmalı, insanlıq əleyhinə cinayətlər törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində ciddi fəaliyyət göstərməlidirlər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

