/ / Azərbaycan xalqı xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı böhtan atan bu ünsürlərin əsl riyakar, xain mahiyyətinə dərindən bələddir
Azərbaycan xalqı xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı böhtan atan bu ünsürlərin əsl riyakar, xain mahiyyətinə dərindən bələddir
28.07.2020 [09:16]
Ermənistanın Tovuz rayonu istiqamətində təxribatının nəticəsiz qalması, hətta bu döyüşlərin düşmən üçün məğlubiyyətlə yekunlaşması, eyni zamanda, Azərbaycanda və dünyada azərbaycanlıların ordusuna, öz dövlətinə və Ali Baş Komandanına dəstək ifadə etmələri erməni lobbisini və havadarlarını ciddi şəkildə təşvişə salıb. Odur ki, ermənilər Azərbaycana qarşı əsas silahlarını aktivləşdirməyə- xaricdəki anti-Azərbaycan şəbəkənin daxilimizdəki antimilli ünsürlərlə sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücumunu təşkil etməyə başlayıblar. Son günlər Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli, Tural Sadıqlı, Qənimət Zahid və digər bu kimi Azərbaycan düşmənləri ermənilərin tapşırığı ilə, erməni siyasi mətbəxinin tezisləri əsasında bəyanatlar verir və çıxışlar edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, bu üzdəniraq “azərbaycanlılar” xaricdəki həmvətənlərimizin Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər: “Ötən həftə canlı yayım zamanı çıxış edən Sevinc Osmanqızı şübhəsiz, erməni siyasi mətbəxinin tezisləri əsasında danışaraq deyirdi ki, sizi inandırıram, heç erməni tərəfində belə təxribat niyyəti yoxdur və bu gün sivil mübarizə qaydasını pozan, bu qarşıdurmanı təşkil edən rəsmi Bakıdır. Azərbaycan dövlətinin və xalqının ünvanına yağdırılan bu şər-böhtanın adı açıq düşmənçilikdən başqa bir şey deyildir. Sevinc Osmanqızı ilə yanaşı, Ramiz Yunus, Cəmil Həsənli, Tural Sadıqlı kimi “sapı özümüzdən olan baltalar” da bu cür iyrənc fikirləri bölüşməkdədirlər. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyalarını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da, necə deyərlər, ermənilərin dəyirmanına su tökür, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Əlbəttə ki, Azərbaycan xalqı xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı böhtan atan bu ünsürlərin əsl riyakar, xain mahiyyətinə dərindən bələddir. Amma istənilən halda diqqətli olmaq, antimilli ünsürlərin çirkin planlarının reallaşmasına imkan verməmək lazımdır”.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ABŞ-ın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciəti istər erməni lobbisini, istərsə də “beşinci kolon”u ciddi şəkildə narahat etmişdir”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, müraciətdən sonra əsas təxribatçılar beynəlxalq qanunlar qarşısında çətin vəziyyətə düşdülər: “Erməni millətçilərinin azərbaycanlılara qarşı nifrəti, aqressiyası o qədər artıb ki, onlar hətta özünü demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları xalqımıza qarşı onilliklər boyu aşılanan nifrət və Azərbaycanafobiya ideologiyasının hələ də Ermənistanda mövcud olduğunu və daha da şiddətləndiyini sübut edir. Bu da əlbəttə ki, Ermənistanın və erməni lobbisinin dünyada ciddi qınaqla, hətta sanksiyalarla qarşılaşmasına səbəb ola bilər. Mehriban xanım Əliyeva, eyni zamanda, hər gün insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatlara və QHT-lərə də müraciət etdi. Erməniləri narahat edən növbəti məqam da məhz budur. Burada artıq tərəflərdən biri fakt qarşısında qalacaq. Ya Avropa Şurası, ATƏT, “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Ermənistanla bağlı, ermənilərin vandalizm hərəkətləri ilə əlaqədar bəyanat verəcək, müvafiq sənəd qəbul edəcək, yaxud da bunu etməyib özlərinin ikiüzlü, ikili standartlara əsaslanan siyasət yürütdüklərini isbatlamış olacaqlar”.
Baş redaktor diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın çağırışına əsasən bütün dünya azərbaycanlıları birgə hərəkət etməli, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporumuz bütün potensialını birləşdirməli, yağı düşmənə qarşı informasiya mübarizəmiz yalnız sivil metodlarla, hüquq müstəvisi çərçivəsində aparılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

