Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək ifadə edilir
28.07.2020 [09:03]
Regional və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpasının zəruriliyi vurğulanır
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli Azərbaycan Respublikası üçün prioritet təşkil edir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe sərgiləyir: münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti danışıqlar prosesini pozmağa hesablanmış addımlar atır, mütəmadi olaraq atəşkəs rejimini pozmaqla təxribatlar törətməyə cəhd edir. Bu baxımdan, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi, həmçinin işğalçı dövlətin pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsi yolverilməz hesab olunaraq beynəlxalq səviyyədə ciddi tənqid olunub. Bu baxımdan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvlərinin yaydıqları “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat da mühüm əhəmiyyət daşıyır. Bəyanatda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə edilib, həmçinin Ermənistanın təxribat cəhdləri, Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınması qətiyyətlə pislənib: “Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır”, - deyə qeyd edilib.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Nizami Cəfərov deyib ki, son vaxtlar müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar və təsisatlar tərəfindən səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin bariz nümunəsidir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bəyanatında da Azərbaycanın beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin tam dəstəklənməsi mühüm hadisədir. Bəyanatda BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasının zəruriliyindən bəhs olunur. Ən mühüm məqamlardan biri odur ki, dünyanın məşhur ictimai-siyasi xadimləri Ermənistan-Azərbaycan sərhədindəki son təxribatı, Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirlər”.
N.Cəfərovun sözlərinə görə, bəhs olunan sənəddə işğal faktının dəfələrlə qeyd olunması ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılmanın dayandırılması tələbinin yer alması xüsusi önəm kəsb edir: “Əlbəttə, qeyri-qanuni məskunlaşdırılma dayandırılmalı, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı təzyiqlər artırılmalı, təcavüzkar ölkənin işğalçılıq siyasəti ardıcıl olaraq kəskin şəkildə pislənilməlidir”.
Milli Məclisin deputatı Ramin Məmmədov isə deyib ki, dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi kimi, beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyini dəstəkləməsi strateji önəm kəsb edir: “Nizami Gəncəvi Mərkəzinin bəyanatı nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərləri olmuş şəxslərin imzası ilə yayımlanıb və bu, indiki məqamda mühüm önəm kəsb edir. Mərkəzin rəhbərləri xüsusi olaraq vurğulayırlar ki, münaqişənin həlli üçün bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır”.
R.Məmmədov deyib ki, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı çağırışlar etmələri böyük əhəmiyyətə malikdir: “Bəyanatda, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesinin münaqişənin həll olunması üçün heç bir real nəticə vermədiyi qeyd edilir. Davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün həmsədrlər öz səylərini ikiqat artırmağa çağırılır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

