/ / Qüdrətli Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatının qarşısını qətiyyətlə aldı
Qüdrətli Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatının qarşısını qətiyyətlə aldı
15.07.2020 [08:56]
Siyavuş Novruzov
YAP İcra katibinin müavini,
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri
Ermənistan dövlətinin faşist, irqçi və terrorçu mahiyyətə malik olması inkaredilməz həqiqətdir. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan bu ölkə, eyni zamanda, işğalçı və təcavüzkar mövqeyini davam etdirməklə sivil dəyərlərə məhəl qoymur, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirir. Son bir neçə ay ərzində dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilməsi nəticəsində hərbçilərimizlə yanaşı, mülki şəxslər də xəsarət almış və həlak olmuşlar. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları da bunun növbəti bariz nümunəsidir. Əlbəttə, məqsəd bəhs olunan istiqamətdə mövqeləri ələ keçirmək olsa da, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Beləliklə, işğalçı və terrorçu Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib.
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir
Ümumiyyətlə, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda, operativ vəziyyətə nəzarət edilir. Faktdır ki, Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən uğurlu ordu quruculuğunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədir. Bunlarla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Bunlarla yanaşı, kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir. Bir sözlə, Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr-mütəxəssis ehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir.
Ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib. Hələ Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını nümayiş etdirmişdi. Məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdinin qarşısının qətiyyətlə alınması da bir məqamdan xəbər verir: Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Hadisələr həm də erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifin, bu cür iddiaların heç bir əsası olmadığını növbəti dəfə göstərdi.
Antimilli ünsürlər növbəti dəfə işğalçı Ermənistanın maraqlarını müdafə edir və dövlətimizə qarşı düşmənçilik mövqeyi ortaya qoyur
Bu hadisələr və proseslərin fonunda “sapı özümüzdən olan balta”ların, yəni ölkəmizdəki və respublikamızın sərhədlərindən kənarda məskunlaşmış “beşinci kolon”un Ermənistanın maraqlarını müdafiə etməsi faktı növbəti dəfə aşkara çıxdı. Daha dəqiq desək, “Milli şura” adlanan qondarma antimilli dərnəkdə toplaşanlar, o cümlədən Əli Kərimli, Cəmil Həsənli kimi antimilli ünsürlərin, həmçinin Sevinc Osmanqızı, Qənimət Zahid kimilərin sosial şəbəkələr vasitəsilə Azərbaycan dövlətinə qarşı qarayaxma, şər-böhtan kampaniyaları aparmaları onların ermənipərəst mövqeyini bir daha təsdiqlədi.
Onlar baş verən insidentlə bağlı yalan məlumatlar yaymaqla həm insanları aldatmağa, həm də cəmiyyətdə mənəvi-psixoloji düşkünlük yaratmağa çalışmaqla Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyindən çıxış etdiklərini bir daha nümayiş etdirdilər. Əlbəttə, bu reallıq ondan xəbər verir ki, ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən həmin antimilli ünsürlər ölkədə vəziyyətin pisləşməsi və dağıdıcı ambisiyalara əsaslanan şəxsi maraqlarını təmin etmək üçün Ermənistanın təxribatçı hərəkətlərini dəstəkləyirlər. Yəni “beşinci kolon” faktiki olaraq ərazisinin 20 faizi işğal edilən, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox vətəndaşının fundamental hüquqları kütləvi surətdə pozulan Azərbaycan dövlətinin deyil, işğalçı, terrorçu, irqçi və faşist mahiyyətə malik Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış edir.
1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanətkar, antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir. Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, dövlətin milli maraqlarını öz “kreslo sevgiləri”nə qurban vermişdilər. Bu gün isə həm adını “müxalifət” qoyaraq ölkə daxilində təxribatçı fəaliyyətlə məşğul olan, ictimai rəyi çaşdırmağa çalışan antimilli dəstə, həm də xaricdəki xəyanətkarlar eyni mövqedən çıxış edirlər. Yəni “Azərbaycan üçün nə qədəri pisdirsə, bizim üçün o qədər yaxşıdır” prinsipi ilə yaşayan “beşinci kolon” Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar mövqeyini dəstəkləməklə ermənipərəst dairələrdən mədət umur. Amma qüdrətli Azərbaycan Ordusu və onun məğlubedilməz Silahlı Qüvvələri Ermənistana, xalqımız isə bu antimilli ünsürlərə layiqli cavab verməklə öz yerini göstərir. Bir sözlə, işğalçı Ermənistanın və xəyanətkar radikal qüvvələrin dağıdıcı arzuları gerçəkləşmir, təxribatçılar hər zaman iflasa və məğlubiyyətə düçar olurlar.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

