Milli Məclis yaz və növbədənkənar sessiyalar ərzində mühüm qanunlar qəbul edib
01.07.2020 [10:26]
Pandemiya şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, parlament qarşıda duran vəzifələri uğurla yerinə yetirib
Məlum olduğu kimi, iyunun 30-da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Qeyd edək ki, VI çağırış yeni tərkibli parlament həm yaz, həm də növbədənkənar sessiyalar ərzində qarşıda duran vəzifələri layqincə yerinə yetirib. Belə ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən, 2 Konstitusiya Qanunu qəbul edilib.
İyunun 30-da keçirilmiş parlamentin növbədənkənar sessiyasının son iclasında isə spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib. Sahibə Qafarova əminliklə qeyd edib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, VI çağırış Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə fəaliyyətə başladı. Onun fikrincə, dövlət başçısının çıxışı parlamentin gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi. S.Seyidov deyib ki, yeni tərkibli parlament cənab Prezidentin tövsiyələrinə uyğun olaraq öz fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub: “Formalaşmış parlament müasir cəmiyyəti, yeni siyasi mühiti özündə əks etdirir. Parlamentdə həm iqtidarı, həm müstəqilləri, həm də müxalifəti təmsil edən şəxslər parlamentin və onun komitələrinin rəhbərliyində təmsil olundular. Bilirsiniz ki, yeni çağırış parlamentin yaz sessiyası dünyadakı pandemiya böhranı dövründə fəaliyyətə başladı. Bu şəraitdə parlamentin rolunun artırılması və cəmiyyət tərəfindən daha yüksək səviyyədə qəbul olunması üçün böyük işlər görüldü. Burada parlamentin yeni simasını, yeni təsir imkanlarını inkişaf etdirən rəhbərliyin, xüsusilə Sədr Sahibə Qafarovanın rolunu xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, pandemiya dövründə beynəlxalq əlaqələr canlı şəkildə demək olar ki, kəsildi, amma parlament beynəlxalq fəaliyyətini nəinki kəsmədi, hətta artırmağa başladı.Təsadüfi deyil ki, Milli Məclisdə 80-dən yuxarı ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırılıb”.
Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin görüldüyünü söyləyən Sədr deyib ki, pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, beynəlxalq müstəvidə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb.
S.Seyidov həmçinin qeyd edib ki, yaz və növbədənkənar sessiyalar ərzində qanunvericilik fəaliyyətində üç mühüm bloku qeyd etmək lazımdır: “Belə ki, bu dövrdə qanunvericilik işlərinin ən böyük hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. İkincisi isə, cənab Prezidentin həyata keçirdiyi islahatlarla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsidir. Bu istiqamətdə vacib qanunlar qəbul olundu. Üçüncü blok qanun layihələri isə vətəndaşların problemlərinin həll olunması ilə birbaşa bağlıdır. Bu da korrupsiyaya qarşı mübarizə, insanlarda məmnunluq hissi yaradan vətəndaş-dövlət münasibətlərini tənzimləyən qanunların qəbul olunmasıdır. Təbii ki, bütün bunlar ölkədə qanunun aliliyini təmin edən amillərdir. Sessiyalar ərzində ratifikasiya olunmuş müxtəlif dövlətlərarası və beynəlxalq sazişlərdə, konvensiyalarda hər üç blok əhatə olunur”.
S.Seyidov söyləyib ki, bu dövrdə görülən işlər parlamentin cəmiyyətdə nüfuzunu daha da artırıb və qanunverici orqana inamı yüksəldib, seçicilərlə işin yüksək təşkil olunmasına güclü əsaslar yaradıb: “Qısa bir müddətdə bu proseslərdə dönüş yaranıb. Onu da qeyd edim ki, cənab Prezidentin tövsiyələri əsasında parlament daxilində islahatlar da həyata keçirilib. Milli Məclis özündə islahatlara başlayaraq yeni baxışlarla ictimai münasibətləri formalaşdırmağa başlayıb. Bu bizə əsas verir ki, qarşıdakı dövrlərdə də parlamentin ölkəmizin həyatında rolu artacaq, görülən işlər Azərbaycan parlamentarizminin inkişafına töhfələr verəcək”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də hesab edir ki, yeni çağırış parlamentin arxada qalan fəaliyyət dövrünu uğurlu saymaq olar: “Yaz və növbədənkənar sessiyaların gedişini bütövlükdə müsbət qiymətləndirə bilərik. VI çağırış parlamentin ilk iclası martın 10-da keçirildi. İclasda iştirak edən Prezident İlham Əliyev parlamentin gələcək fəaliyyəti üçün “yol xəritəsi” hesab olunacaq tarixi çıxış etdi. Dövlətimizin başçısı deputatların qarşısında duran vəzifələr və digər məsələlərlə bağlı dəyərli tövsiyələr verdi. Eləcə də, parlamentin və onun komitələrinin rəhbərliyi yeni dövrün çağırışlarına uyğun şəkildə formalaşdı. Bilirsiniz ki, bu dövrdə fəaliyyətimiz pandemiya dövrünə təsadüf etdi. Buna baxmayaraq, parlamentin işini faydalı qiymətləndirmək olar”.
Sessiyalar ərzində rəhbərlik etdiyi Əmək və sosial siyasət komitəsinin fəaliyyəti haqqında da məlumat verən M.Quliyev qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə 10-a yaxın qanun layihəsini müzakirəyə təqdim edib və həmin qanunlar qəbul olunub. “Buraya “Turizm haqqında”, “Sosial sığorta haqqında” və digər qanunlara əlavə və dəyişikliklər daxildir. Təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində işləməyimiz nəzərdə tutduğumuz planların hamısını yerinə yetirməyə imkan vermədi. Xüsusilə dinləmələrlə bağlı planlarımızı ertələməli olduq. Çünki dinləmələrin canlı şəkildə keçirilməsi, ictimaiyyət nümayəndələrinin, müvafiq dövlət qurumlarının prosesə cəlb olunması onun effektivliyi artırır. Komitəmizin iclasları onlayn keçirilsə də, effektli saymaq olar”, - deyən komitə sədrinin fikrincə, bütövlükdə, parlamentin ötən dövr ərzindəki fəaliyyəti faydalı və məhsuldar oldu.
“Biz yeni dövrün tələblərinə uyğun olaraq öz işimizi həyata keçirə bildik. Bir məsələni qeyd edim ki, karantin rejimi ilə əlaqədar seçicilərlə əyani kontakt qurulması işi çətinləşdi. Buna baxmayaraq, onlayn görüşlər keçirdik, telefon və məktublaşma vasitəsilə onlarla əlaqə qurduq”, - deyə M.Quliyev vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

