Aslan Aslanov: Pandemiya dövründə etibarlı xəbər mənbələrinə müraciətlərin artdığını gördük
10.06.2020 [09:23]
Pandemiya dövründə jurnalistikanın ənənəvi prinsipləri dezinformasiyaların qarşısının alınmasında böyük rol oynadı və biz etibarlı xəbər mənbələrinə müraciətlərin artdığını gördük.
Bu fikirləri AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanov Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandr Giboiyə müsahibəsində bildirib.
Müsahibədə Azərbaycanda xüsusi karantin rejimi müddətində dövlət başçısının tapşırığı ilə hökumətin həyata keçirdiyi miqyaslı sosial tədbirlər paketindən, evdə qaldığı müddətdə insanlara göstərilən maddi dəstəkdən bəhs edilib. Diqqətə çatdırılıb ki, bu dövrdə yayılan şayiələrin qarşısının alınmasında Operativ Qərargahın jurnalistlərlə birgə fəaliyyəti önəmli rol oynayıb. “Belə həssas məqamlarda istənilən özfəaliyyət, yoxlanılmamış məlumatın yayımı vəziyyəti daha da ağırlaşdıra bilər. Biz sosial şəbəkələr, mesencerlər vasitəsilə çox sayda dezinformasiya, uydurma məlumatlar paylaşıldığının şahidi olduq. Kimlərsə haradansa nələrsə eşidib onu tanışlarına göndərir və bu da bir qar topası kimi böyüyərək minlərlə insanı əhatə edir. Azərbaycanda karantin rejimi müddətində Nazirlər Kabineti yanındakı Operativ Qərargahın müntəzəm brifinqlər keçirməsi və sualları operativ cavablandırması vəziyyəti xeyli dəyişdi”, - deyə Aslan Aslanov bildirib.
AZƏRTAC-ın xüsusi karantin rejimində fəaliyyəti ilə bağlı suala cavab olaraq İdarə Heyətinin sədri qeyd edib ki, agentlik insanları COVID-19 xəstəliyi ilə bağlı məlumatlandırmaq və maarifləndirmək üçün işlərə hələ yanvardan başlayıb, infoqrafikalar, ekspert rəyləri, videoreportajlar hazırlayaraq abunəçilərə göndərib, veb-resurslarında, sosial şəbəkə səhifələrində yayıb: “İnsanların evdə qaldığı xüsusi karantin rejimində etibarlı məlumata olan ehtiyaclarının necə artdığının, bizim agentliyi doğru məlumat mənbəyi kimi seçdiklərinin şahidi olduq. Statistik məlumatlara əsasən deyə bilərəm ki, karantin rejimində bizim informasiyalara müraciətlər 40 faizə qədər yüksəldi. Sosial şəbəkə səhifələrimizdə həm abunəçilərin sayı, həm də digər KİV-lərin müraciəti artdı. Bu da agentliyin xəbərlərinə olan etibardan irəli gəlir”.
Müsahibədə, həmçinin AZƏRTAC-ın xüsusi karantin rejimi müddətində əməkdaşların təhlükəsizliyini təmin etmək istiqamətində görülən tədbirlərdən danışılıb. Qeyd olunub ki, işçilərə dezinfeksiyaedici maddələr, tibbi maskalar paylanılıb. Kollektivin 70 faizi məsafədən çalışsa da agentlik 8 dildə informasiya, video və foto buraxılışını davam etdirib.
Postpandemiya dövründə xəbər agentliklərinin fəaliyyəti ilə bağlı fikirlərini paylaşan Aslan Aslanov vurğulayıb ki, sosial şəbəkə bumuna, açıq informasiya mənbələrinin sürətlə artmasına baxmayaraq, gələcəkdə də xəbər agentliklərinə ehtiyac olacaq. “Sosial medianın genişlənməsi, onlayn media resurslarının artması, informasiyaya çıxışın hər kəs üçün əlçatan olması agentliklərə təsir edir və edəcək. Lakin cəmiyyətin seçim etmək imkanı olacaq: 100 illik tarixi olan media qurumuna etibar etsin, yoxsa yeni yaranan hansısa bir resursa? Əlbəttə, sosial-psixoloji amil seçimi böyük təcrübəsi olan medianın xeyrinə edəcək. Pandemiya dövründə biz bir daha bunun şahidi olduq. Eyni zamanda, real şərait göstərir ki, agentliklər informasiya texnologiyalarından daha çox yararlanaraq resurslarını gücləndirməli, fəaliyyətlərini şaxələndirməlidirlər”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

