“Qobu-Park”da peşəkarlıqla yanaşı, yanar ürəyi, sevgi ilə yanaşmanı görürük
02.06.2020 [09:20]
Milli Məclisin deputatı Qənirə Paşayeva “Qobu Park” yaşayış komplekslərini işğaldan azad olunacaq torpaqlarımızda aparılacaq abadlıq işlərinin başlanğıcı kimi qiymətləndirir
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan dövlətinin həssas təbəqədən olan vətəndaşlara qayğısı, o cümlədən məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı və bu kompleksin inşasında bilavasitə rolu olan Heydər Əliyev Fondunun xeyirxah fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Qənirə xanım, yeni inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev bildirdi ki, kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Milli Məclisin deputatı kimi Fondun gündən-günə genişlənən fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 28-də məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak etdilər. “Qobu Park-1” və “Qobu Park-2” kompleksi kimi, bu növbəti layihə də məhz Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında həyata keçirilib. Yüksək keyfiyyəti ilə seçilən üç layihə əsasında Qobu qəsəbəsində inşa edilən yaşayış komplekslərində, ümumilikdə, 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək. Bu da 20 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir.
Bir deputat və vətəndaş kimi deyə bilərəm ki, Heydər Əliyev Fondu məsuliyyətli fəaliyyəti ilə fərqlənir. Fond tərəfindən əhalinin ən müxtəlif spektrli problemlərinə həssas yanaşması diqqət çəkir. Qurum öz fəaliyyətində ardıcıllıq, davamlılıq, əlçatanlıq, funksionallıq, peşəkarlıq prinsiplərini əsas götürərək, problemlərin dəqiq müəyyənləşdirilməsi və ən əlverişli variantların işlənməsinə üstünlük verir. Məsələn, peşəkarlıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, həm adi, həm də tənqidçi ruhu ilə yanaşdıqda Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin mükəmməlliyini görməmək mümkün deyil. Bu da təbii ki, işin peşəkarlıqla və məsuliyyətli görüldüyünü və bir komanda işinin mövcudluğunu deməyə əsas verir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin çiçəklənməsinə xidmət edən bütün layihələr insanda qürur hissi yaradır. Bu layihələr həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılmasına, mədəni irsimizin qorunmasına xidmət edir. Bunları deməkdə məqsədim odur ki, çoxfunksiyalı, çoxşaxəli fəaliyyət Fondun artıq xarakterinə çevrilib və onun simasını müəyyənləşdirir. Ona görə də, bu işdə peşəkarlıqla yanaşı, yanan ürəyi, sevgi ilə yanaşmanı görürük. Bunu “Qobu Park-3” yaşayış kompleksinin açılışı bir daha sübut etdi.
- Necə düşünürsünüz, bu yaşayış kompleksinin açılışı həm də ölkəmizin iqtisadi potensialını da göstərmiş oldu...
- Tamamilə doğrudur. Əgər Azərbaycanda bir Fond bu cür irimiqyaslı layihənin icrasını qısa bir müddətdə yerinə yetirə bilirsə, bu, özü qeyri-adi hadisədir və önəmli dərəcədə, iqtisadi gücə əsaslanır. İqtisadi güc dedikdə, yalnız maddi imkanları nəzərdə tutmuram, o imkanların səmərəli istifadəsini, işin məqsədyönlü təşkilini, hansı problemə prioritetlik verilməsini və nəhayət, inşaatı keyfiyyət və sürətlə həyata keçirə bilən mütəxəssislərimizin, ixtisaslaşmış şirkətlərimizin mövcudluğunu da nəzərdə tuturam. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər üç kompleksin eyni şirkət - “Paşa Holdinq” tərəfindən inşa edildiyini xüsusi vurğuladı. Bu da etimadın, görülmüş işlərdən razılığın ifadəsidir. Həmin komplekslərdə yaşayış binalarından başqa, insanların asudə vaxtının təşkili, sağlamlığının qorunması, təhsili, məşğuliyyətini əhatə edən güclü infrastruktur qurulub. 20 minə yaxın vətəndaşımızı ağuşuna alan Qobu qəsəbəsi öz gözəlliyi ilə göz oxşayır. Halbuki buralar əvvəllər boş düzənlik idi. Bir sözlə, Heydər Əliyev Fondu qəsəbədə “dörd divar”dan ibarət deyil, vətənpərvərlikdən, sevgidən “yoğrulmuş” özünəməxsus “Qobu-Park” mühiti yarada bilib. Təsəvvür edin, yeni mənzilin açarını məhz 28 May - Respublika Günündə almaq bayrama bayram qatmaq, könülləri şad etmək, ümidləri inama çevirmək deməkdir və dövlətimiz bunu etdi.
Bu, Heydər Əliyev Fondunun dəstxətidir, bu, Fondun “qızıl” kollektivinin fədakarlığıdır. Əlbəttə, bu, həm də tikinti işlərində əməyi keçən hər kəsin Mehriban xanım Əliyevanın adına layiq iş ərsəyə gətirməsinin təcəssümüdür.
- Qənirə xanım, “Qobu Park-3” yaşayış kompleksi məcburi köçkün vətəndaşlarımız üçün inşa edilib. Layihənin məhz bu kateqoriyadan olan vətəndaşlarımıza yönəlik olması təşəbbüsünün özü nədən xəbər verir?
- Heydər Əliyev Fondunun fəaliyyətindən ana xətt kimi keçən mühüm prinsip məhz əhalinin həssas təbəqəsinə olan diqqət və qayğıdır. Fond öz yurd-yuvalarından məcburi köçkün salınmış insanlarımızla bağlı məsələlərə həmişə təxirəsalınmaz vəzifə kimi yanaşıb. Mən “Qobu Park” kimi nəhəng layihənin mövcud keyfiyyət və sürətini də məhz bu amillə bağlayardım.
Ən mühümü isə odur ki, “Qobu-Park” yaşayış kompleksləri sabah, birisi gün işğaldan azad olunacaq şəhər və qəsəbələrimizdə tikinti-bərpa, abadlıq, geniş quruculuq işləri üçün bir başlanğıc və belə demək mümkünsə, baş məşqdir. İnşallah, torpaqlarımızı azad etdikdən sonra daha gözəl, daha rahat və daha miqyaslı yaşayış kompleksləri, abad məhəllələr, geniş küçələr salınacaq, yeni infrastruktur layihələri həyata keçiriləcək. Bütün bunlar vətəndaşlarımıza ötən illərin ağrı-acılarını unutmaqda, yaralarını sarımaqda mühüm rol oynayacaq. Çünki bu işlərin mayasına ana şəfqəti, rəhbər qətiyyəti qatılmış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

