/ / Əli Əhmədov: Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “milli şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir
Əli Əhmədov: Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “milli şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir
21.05.2020 [13:22]
Baş nazirin müavini. YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov özününrəsmi facebook səhifəsində yayımladığı ““Beşinci kolon”un təxribat niyyətləri” sərlövhəli məqaləsinin aktuallığını nəzərə alaraq, onu oxucularımızın diqqətinə təqdim edirik:
- Əgər ölkədə “beşinci kolon”, varsa ondan yaxşı heç nə gözləmə. Yaxın tarixin və yaşadığımız dövrün acı təcrübəsi məhz bundan ibarətdir. Heç bir yerdə və heç bir zaman “beşinci kolon” dekorasiya rolunu oynamayıb və oynamır. Onun yaranmasına və saxlanmasına qoyulan böyük xərclərin qarşılığı beşinci kolonun satışa çıxarmağa vəd verdiyi milli maraqlardır. Elə buna görə də haqqında söhbət etdiyimiz üzdəniraq qruplaşma mövcudluğundan tutmuş sonuncu addımına qədər antimilli mahiyyət kəsb edir. Antimillilik onun mövcudluq forması və həyat fəlsəfəsidir.
“Beşinci kolon” müxtəlif adlar altında və formalarda maskalanır. Onun ən geniş yayılmış konspirasiya forması siyasi partiyanın çətir altında fəaliyyət göstərməsidir. Partiyanın adına “xalq”, “millət”, “cəbhə” kimi əlavələrin edilməsi müasir konspirasiyanın vacib elementlərindən sayılır.
“Beşinci kolon” Azərbaycanda yeni hadisə deyil. Müəyyən sükunətdən və konspirasiyadan sonra üzə çıxmaq, açıq fəaliyyətə keçmək tapşırıqları aldığı sezilməkdədir. İllər boyu formal da olsa, istifadə etdikləri siyasi müxalifət imicinə görünür daha ehtiyac duymurlar. “Beşinci kolon”un siyasi müxalifət mərhələsindən birbaşa açıq təxibatçı qruplaşma mərhələsinə keçdiyi aydın şəkildə müşahidə olunur.
Hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb. Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “milli şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir. Hər iki qruplaşmanın adında xalq və milli sözlərinin olması yəqin ki, diqqətdən yayınmadı. Maskalanmaq üçün bu iki sözdən daha uğurlusunu düşünmək çətindir. Ancaq hər kəs gözəl bilir ki, birincini xalqla, ikincini isə millətlə bağlayan heç nə yoxdur. Hər iki ifadə yuxarıda adıçəkilən qruplaşmaların antimilli mahiyyətini pərdələmək məqsədinə xidmət göstərir. Təqdim olunan yanaşma kiməsə sərt görünə bilər. Lakin maraqlı xarici qüvvələrin təklif etdiyi xidmətləri məmnuniyyətlə qəbul etmək də daxil olmaqla bütün gücünü qoyub Azərbaycanın nüfuzuna kölgə salmağa, adını ləkələməyə çalışanlara nə ad vermək olar? Hansı ölkənin müxalifəti, əgər o “beşinci kolon” deyilsə, öz dövlətinə, xalqına yuxarıda qeyd etdiyimiz qruplaşmalar qədər ləkə vurmaq, böhtan atmaq yolunu tutub? Hansı ölkənin müxalifəti, əgər o “beşinci kolon” deyilsə, hakimiyyət məsələsini başqa ölkələrdə, yad qüvvələrlə müzakirə edir? Hansı ölkənin müxalifəti, əgər o “beşinci kolon” deyilsə, özünün bütün təbliğatını başqa ölkələrdə, yad qüvvələrin vəsaitləri hesabına yaradılmış təbliğat vasitələri sayəsində həyata keçirir?
Son bir neçə ay ərzində “beşinci kolon”un təbliğatında ölkədə iğişaşlar yaratmağa, sabitliyin pozulmasına yönəlmiş birbaşa çağırışlar çoxalıb. Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatdan görünür ki, söhbət tək çağırışlarla bitmir. Onların arxasında ölkədə sabitliyin pozulmasına yönələn təxribatların törədilməsi kimi konkret fəaliyyət və cinayət əməlləri dayanır.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycan dövləti də koronavirus pandemiyası ilə mübarizə aparır. Cəmiyyətin və dövlətin bütün səyləri və imkanları amansız xəstəlikdən insanların qorunmasına səfərbər olunub. Belə bir həssas zamanda beşinci kolonun əlinə sanki fürsət düşüb. Dövlət koronavirusla vuruşur, “beşinci kolon” isə dövlətə qarşı vuruşmaq üçün təxribatçı qruplar hazırlayır.
Tarixi təcrübə göstərir ki, ölkədə “beşinci kolon” varsa ondan hər an təhlükə törəyə bilər və törəyir. Bu tarixi həqiqət Azərbaycanın nümunəsində bir daha təsdiqini tapır. “Beşinci kolon” ayrı-ayrı vaxtlarda ölkəmizdə az problemlər yaratmağa çalışmayıb. İğtişaşlar törətməyə, sabitliyi pozmağa və digər formalarda təxribatlara dəfələrlə cəhdlər göstərib. Bu çirkin niyyətlərini həyata keçirmək üçün erməni xüsusi orqanları ilə iş birliyinə getmək qədər xəyanətdən belə çəkinməyiblər. Necə deyərlər, Azərbaycana, Azərbaycan dövlətinə qarşı mübarizə aparmaq naminə şeytanın özü ilə əməkdaşlığa razı olublar. Məkrli niyyətlərinə yalnız dövlətin qüdrəti və xalqın müdrikliyi sayəsində nail ola bilməyiblər. Gücləri çatmayıb.
Bütün cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, “beşinci kolon” əməllərindən əl çəkmək fikrində deyil. İstədiyinə nail olmağa gücü çatmasa da, təxribatlar törətməyə hər an hazırdır. Cəmiyyətə və xalqa çox lazım olan sabitlik, əmin-amanlıq, insanların təhlükəsizliyi, ölkəmizin dayanıqlı inkişafı naminə beşinci kolonun mövcudluğuna son qoyulması sosial sifarişə, qaçılmaz zərurətə çevrilib.
Heç bir ölkə beşinci kolondan fayda görməyib, əksinə, ciddi problemlər yaşayıb. Azərbaycan istisna təşkil etmir. Tarix yalnız keçmişi xatırlamaq üçün deyil. Həm də ibrət dərsi götürmək üçündür.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

