Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyi dəyişməzdir
15.05.2020 [12:00]
Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır
Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox insan öz doğma yurdlarından didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Uzun illərdir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin davam etməsinə baxmayaraq, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe tutuması nəticəsində münaqişənin həllində heç bir irəliləyişə nail olunmayıb. Yeri gəlmişkən, Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında müsahibəsində bu məqama toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Prezident İlham Əliyev Rusiyanın "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalına müsahibəsində Qarabağın tarixi haqqında ətraflı məlumat verib və bununla da ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini bir daha ifşa edib. Onun sözlərinə görə, dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini də diqqətə çatdırıb: “Cənab Prezident müsahibədə qeyd edib ki, Azərbaycan BMT-yə daxil olanda da özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Eyni zamanda, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da bu tipli sənədlər qəbul edib. Həmçinin qondarma “Dağlıq Qarabağ respublikası” heç bir ölkə tərəfindən tanınmayıb. Eləcə də bu yaxınlarda, Dağlıq Qarabağda keçirilən “seçki”lərin heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmaması da dünya ictimaiyyətinin bu məsələdə mövqeyini ortaya qoyur. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ölkəmizin suverenliyinə hörmət müstəvisində həll edilməlidir. Erməni qoşunları işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan didərgin düşmüş qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qaytarılmalıdır”.
S.Fətəliyeva bildirib ki, Ermənistan qeyri-konstruktiv mövqeyi ilə ATƏT-in Minsk qrupunun sülh təşəbbüslərinə ciddi zərbə vurur: “Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, onun danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Ermənistan sülhə məcbur edilməli və təcavüzkar siyasət yürütdüyünə görə sanksiyalara məruz qalmalıdır”.
“Münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupu işğalçı Ermənistana qarşı ciddi addımlar atmalıdır”. Bu fikirləri isə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
R.Məmmədov bildirib ki, Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalına müsahibəsindəAzərbaycan Prezidenti İlham Əliyev də ATƏT-in Minsk qrupunun həmsədrlərinı işğalçı Ermənistana təzyiqlər göstərməyə çağırıb. Əks halda, sülh prosesi yerində saymaqda davam edə bilər. Millət vəkili qeyd edib ki, Dağlı Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın tutduğu mövqe birmənalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır: “Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması ilə əlaqədar qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Dağlıq Qarabağ tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsidir. Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququna malikdir. Ümumiyyətlə, münaqişə həll olunmadan, yəni Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyiş mümkün olmayacaq. Azərbaycan bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək. Dövlətimiz davamlı olaraq dünya birliyini Ermənistanın Azərbaycana təcavüzünün regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

