/ / Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışından sonra Ermənistan XİN-ə 4 gün vaxt lazım oldu ki, bu çıxışı qavrasınlar və açıqlama hazırlasınlar
Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışından sonra Ermənistan XİN-ə 4 gün vaxt lazım oldu ki, bu çıxışı qavrasınlar və açıqlama hazırlasınlar
14.03.2020 [10:52]
Altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi. Həmişə olduğu kimi, bu dəfə də dövlət başçısı tərəfindən hər hansı qeydlərə, vərəqlərə baxılmadan bu çıxış təqdim olundu. Çıxış əsnasında Prezident tərəfindən tarixi faktlara istinad edilərək Ermənistana növbəti dəfə zərbə vuruldu. Burada xüsusilə 1805-ci il Kürəkçay müqaviləsinə istinad edildi. Tövsiyə edərdik ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Kürəkçay müqaviləsi öyrənilsin, hətta bu müqavilə haqqında broşürün hazırlanması da faydalı olardı. Onların bu müqaviləni yaxından öyrənməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin vaxtını yaxınlaşdırardı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leya Abdullayevanın şərhində yer alıb.
Leyla Abdullayeva deyib: “Bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu müqaviləni bir tərəfdən Qarabağ xanı İbrahimxəlil xan, digər tərəfdən isə Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov imzalamışdı. Prezident İlham Əliyevin sözləri ilə desək, Kürəkçay müqaviləsində erməni xalqı/toplumu haqqında bir cümlə belə yoxdur. Prezidentin toponimlərlə bağlı sözləri tam həqiqəti əks etdirir. Bununla bağlı xəritələrə və internet resurslarına baxmaq kifayətdir ki, Ermənistan tərəfi bu həqiqətlərlə tanış olsun. Məsələn, Yeğeqnadzor, onun əzəli adı Keşişkənddir, Razdan çayı, əzəli adı Zəngi çaydır, Sevan gölü isə tarixi Azərbaycan gölü olan Göyçə gölüdür.
Prezident öz çıxışında Ermənistanın Respublika Partiyası ilə də bağlı məsələlərə toxunub. Uzun müddət Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının gerbi faşistlərin gerbi ilə eynilik təşkil edirdi. Ermənistan XİN-in şərhində isə bu məqama yer verilmir və onun üzərindən sükutla keçilir. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrini, bu ölkənin sabiq prezidentlərini istintaqa cəlb ediblər, həbs ediblər. R.Köçəryan bir ildir ki, bir sıra ittihamlarla həbs olunub, S.Sarkisyana qarşı isə korrupsiya ittihamları irəli sürülüb. Əslində, bu iki şəxs 1992-ci ildə törədilmiş Xocalı soyqırımına və insanlıq əleyhinə cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bir sabiq prezidentin həbs olunması, digərinə qarşı ittihamların irəli sürülməsi və bundan sonra demokratiyadan danışmaq gülüncdür və ikrah doğurur. Bu günlərdə isə Ermənistan hökumətinin rəhbəri tərəfindən Konstitusiya Məhkəməsinin hakiminə bir bahalı qələmə görə ittihamlar irəli sürülüb və ölkədə ümumxalq referendumu keçirilir. Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət əslində demokratiyaya böyük bir zərbədir.
Ermənistan baş nazirinin metroda biabırçı hərəkəti onun ölkədə nə qədər hörmətsiz olduğunu açıq şəkildə göstərir. İnsanlar ona salam belə vermirlər və gənc xanım tərəfindən vərəqin cırılaraq onun üzünə atılması da onun nə dərəcədə hörmətsiz olduğunun göstəricisidir.
Ermənistanda islamofobiya və ksenofobiya pik səviyyədədir. Əhalinin 99,9 faizini məhz ermənilər təşkil edir. Azərbaycan isə çoxkonfessiyalı və çoxmillətli bir dövlətdir. Prezidentin çıxışında dünya dini liderlərinin, xüsusilə Roma Papasının, bu məsələdə Azərbaycanla bağlı səsləndirdiyi ifadələri dilə gətirilib. Lakin bu günədək dünya dini liderləri tərəfindən Ermənistandakı çoxkonfessiyalılıq haqqında heç bir söz eşitməmişik. Çünki Ermənistanda faşizm və ksenofobiya mahiyyətli siyasət həyata keçirilir. Bütün bu illər ərzində Ermənistan gəncləri faşizm ideologiyası əsasında böyüdülüb. Ermənistanın özünü əziyyət çəkən xalq kimi təqdim etməsi, özünü alçaltmaqdan və yalançı tarix ilə spekulyasiya etməkdən başqa bir şey deyildir. Ermənistanın hazırkı hakimiyyətinin qeyri-legitim olması heç kimə sirr deyil. Siyasi rəqiblərinə qarşı repressiyaların həyata keçirilməsi Ermənistan hakimiyyətinin antidemokratik və antiinsani mahiyyətini açıq şəkildə nümayiş etdirir.
Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə gəldikdə isə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə müsbət qiymət verilib. Bəzi Avropa qurumlarında Ermənistanın təsiri altında Azərbaycana qarşı çirkin niyyətli olan şəxslər Azərbaycan tərəfindən ifşa edilməkdə davam etdiriləcək. Məsləhət görərdik ki, Ermənistan XİN-i Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə burnunu soxmasın.
Yaxşı bilirik ki, Ermənistan Avropa qurumları ilə müzakirələrdə bir söz, digər tərəfdaşları ilə müzakirələrdə isə tamamilə fərqli fikirlər işlədir. Hətta Avropa ilə təmaslarda o iddia ilə çıxış edir ki, bəzi müttəfiqləri və tərəfdaşları olmasa sanki Ermənistan Avropaya daha da yaxın olardı. Bu da Ermənistanın yürütdüyü riyakar siyasətin bir nümunəsidir. Ermənistan XİN-i 4 gün ərzində bir vərəqin yazılmasına müvəffəq olması onların məhdud düşüncəsini əks etdirir.
Bütün bunlar Ermənistanın məsuliyyətsiz və təhlükəli siyasət yürütdüyünün əlamətləridir. Məhz Ermənistanın yürütdüyü bu siyasət regional təhlükəsizliyə ciddi təhdid törədir. Belə məsuliyyətsiz hərəkətlər davam edərsə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti tam şəkildə Ermənistan daşıyacaq.
Xəbər lenti
Hamısına baxİdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46

