/ / Romada Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında ədəbi-musiqili tamaşa nümayiş etdirilib
Romada Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında ədəbi-musiqili tamaşa nümayiş etdirilib
27.02.2020 [09:43]
Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın “Sala Umberto” teatrında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təqdim olunub.
Yerli ictimaiyyətin böyük marağına səbəb olmuş tədbirdə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılıb.
Qeyd edək ki, tamaşa Romada ilk dəfə 2017-ci ildə İtaliyada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində nümayiş etdirilib. Həmin vaxt tamaşaçıların marağı nəzərə alınaraq tamaşa bu il də İtaliyada təşkil olunan aidiyyəti tədbirlər siyahısına daxil edilib.
Tamaşa “Bayatı Şiraz” muğamının sədaları altında Azərbaycanın dilbər diyarı olan Qarabağın müxtəlif guşələrinin, əslən Qarabağdan olan Azərbaycanın məşhur simalarının, eləcə də Qarabağın işğaldan sonrakı vəziyyətini nümayiş etdirən fotolarının nümayişindən ibarət kompozisiya ilə başlayıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu musiqinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ildən çoxdur ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş və doğma torpaqlarına qayıtmaqdan, hətta öz yaxınlarının məzarlarını belə ziyarət etməkdən məhrum olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcbur köçkünün, təcavüz nəticəsində həyatını itirmiş 10 minlərlə azərbaycanlının, Xocalı soyqırımının qurbanlarının haray səsi olduğunu deyib. Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandıran diplomat Xocalıda baş verənlər barədə danışıb, bu hadisələri insanlıq əleyhinə cinayət adlandırıb, Xocalıda baş verənlərin bir daha təkrarlanmaması üçün beynəlxalq səviyyədə daha geniş məlumatlandırma işinin aparılmasının önəmini vurğulayıb, bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasının əhəmiyyətindən danışıb.
Sonra “10 hekayə, bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa göstərilib. Beynəlxalq səviyyədə tanınmış violonçelist Pierluici Ruccieronun bədii tərtibatçılığı əsasında hazırlanmış tamaşa “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və İtaliyanın müxtəlif orkestrlərinin direktoru olmuş, pianoçu Culiano Di Cüzeppenin məhz bu tamaşa üçün hazırladığı musiqi parçaları əsasında qurulub. Hekayələri aktyorlar Edoardo Oliva və Valeria Ferri səsləndirib, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukki ifa edib. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımının beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə və İtaliyada təşkil olunan tədbirlərin fotolarından istifadə edilib.
Tədbir İtaliya KİV-lərinin, o cümlədən müxtəlif televiziya kanallarının diqqət mərkəzində olub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

