Parlament seçkiləri bütün demokratik meyarlara cavab verib
14.02.2020 [09:34]
Prezident İlham Əliyev: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir
Cənubi Qafqaz regionunun lider dövləti olan, ictimai-siyasi sabitliyin, dinamik - dayanıqlı inkişafın təmin olunduğu Azərbaycan demokratik tərəqqi yolunda əmin addımlarla irəliləyir. Xüsusilə də, ölkəmizin seçki təcrübəsi mütərəqqi və müsbət nümunə kimi diqqəti cəlb edir. Reallıqlar göstərir ki, Azərbaycanda keçirilən bütün seçkilər demokratik standartlara cavab verir, qanunun tələblərini özündə əks etdirir. Başqa sözlə, şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricilərindən biri kimi çıxış edir. Yeri gəlmişkən, cari il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin şəffaflığı və rəqabətliliyi ilə səciyyəvi olması da deyilənlərin bariz nümunəsidir.
Beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunmasını, şəffaf və qanunvericiliyin tələblərinə uyğun keçirilməsini yüksək qiymətləndiriblər
Ümumiyyətlə, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib və bu, seçkilərin azad, demokratik və şəffaf şəkildə baş tutmasını təmin edən fundamental amil olub. Mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bir daha təsdiq edib. Statistik göstəricilər də seçki prosesinə böyük marağı özündə əks etdirir. Məlumat üçün qeyd edək ki, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 olub. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb. Bu KİV-lər 47 ölkəni təmsil ediblər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir. Bütövlükdə, 2 milyon 547 min 982 seçicinin səsvermədə iştirak etdiyi seçkilərdə yüksək seçici fəallığı və mütəşəkkillik müşahidə olunub. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu”.
Bütövlükdə, yerli və beynəlxalq müşahidəçilərin qənaəti budur ki, parlament seçkilərinin milli qanunvericiliyə, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçirilməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Xüsusilə də, beynəlxalq müşahidəçilərin rəylərində də seçkilərin yüksək səviyyədə təşkil olunduğu, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi əksini tapıb. Ekspertlər, müşahidəçilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin azad və demokratik seçkilərin beynəlxalq normalarına uyğun olduğunu və vətəndaşların iradəsini əks etdirdiyini bildiriblər. MDB müşahidəçilər missiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyası, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası, TÜRKPA-nın müşahidə missiyası, Türk Şurasının müşahidə missiyası, GUAM Parlament Assambleyasının müşahidə missiyası, digər bir sıra müşahidə missiyalarının Milli Məclisə seçkilərlə əlaqədar açıqladıqları rəylərdə bütün bu məqamlar öz əksini tapıb. Seçicilərin heç bir təzyiqə məruz qalmadan öz seçimlərini etdikləri, seçkilərin beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə keçirildiyi xüsusi olaraq vurğulanıb. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı qeyd edib: “Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik”.
Yüksək rəqabət şəraitində keçən seçkilər ölkəmizin demokratik inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi
Ümumiyyətlə, seçkilərin yüksək rəqabət şəraitində keçirilməsi, namizədlərin hər hansı bir maneəyə rast gəlmədən təbliğat-təşviqat işlərini həyata keçirmələri, yerli və beynəlxalq müşahidəçilərin seçki prosesini sərbəst, qanunlara müvafiq surətdə müşahidə etmələri, şəffaflıq məqsədilə bir sıra mühüm addımların atılması və digər faktlar konkret reallıqları əks etdirir. Həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) Milli Məclisə seçkilərlə bağlı ilkin qənaətlərində müsbət məqamlar öz əskini tapıb. Hazırlanmış hesabatda seçkilərdə çoxlu sayda namizədliyin qeydə alınması, namizədlərin qeydiyyatı prosesinin inklüziv olması, 19 siyasi partiyanın seçkilərdə iştirak etməsi, öz namizədlərini irəli sürməsi, seçki administrasiyasının resurslarla yaxşı təmin olunması, qısa vaxta baxmayaraq, qanunla müəyyən edilmiş bütün müddətlərə riayət etməsi, MSK-nın şəffaf surətdə işləmək üçün səylər göstərməsi, beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı olması, iclasların müşahidəçilərə və mediaya açıq olması, qərarların bir qayda olaraq həmrəyliklə qəbul edilməsi və vaxtında sayta yerləşdirilməsi, seçki məntəqələrində mindən çox kamera yerləşdirilməsi şəffaflığı artıran amillər olaraq müsbət faktlar kimi əksini tapıb. Prezident İlham Əliyev bu kimi məsələlərə toxunaraq “Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə”, - deyə vurğulayıb.
Azərbaycanda parlament seçkiləri uğurla baş tutdu. Yüksək seçici fəallığı ilə müşahidə olunan Milli Məclisə seçkilər azad, demokratik, şəffaf və ədalətli keçirildi. Nəticə etibarilə, Azərbaycan demokratik inkişaf yolunda inamla irəlilədiyini bir daha sübut etdi və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndirilə bilər. Dövlətimizin başçısı sözügedən çıxışı zamanı “Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab vermişdir. Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir. İslahatların növbəti mərhələsi 2018-ci ildə başlamışdır. Prezident seçkilərindən sonra mənim tərəfimdən elan edilmişdi ki, biz yeni dövrə qədəm qoyuruq. Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimiz davam etdirildi və qeyd etdiyim məsələlər də bunun sübutudur”, - deyib. Bütövlükdə, fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkiləri Azərbaycanın dayanıqlı inkişafına xidmət edən islahatlara mühüm dəstək olmaqla yanaşı, qanunvericilik orqanının milli maraqlara xidmət edən səmərəli fəaliyyətinin təmin olunmasına əhəmiyyətli töhfədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

