Nəsimi rayonunda parlament seçkiləri seçicilərin fəallığı şəraitində keçirilib
10.02.2020 [11:40]
Rayonda seçkiləri izləyən beynəlxalq müşahidəçilər də prosesin şəffaf, ədalətli və qanunvericiliyə uyğun keçdiyini bildiriblər
Məlum olduğu kimi, dünən Azərbaycanda növbəti dəfə parlament seçkiləri keçirilib. Ölkənin hər yerində, o cümlədən üç seçki dairəsi üzrə ümumilikdə 78 məntəqənin və 108 min 23 seçicinin qeydə alındığı Nəsimi rayonunda da seçici fəallığı yüksək olub. Elə baş çəkdiyimiz 21 saylı Nəsimi birinci seçki dairəsi, 22 saylı Nəsimi ikinci seçki dairəsi və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqələrdə həm seçicilər, həm də yerli və beynəlxalq müşahidəçilər seçkilərin azad, demokratik şəraitdə keçdiyini qeyd ediblər.
Məsələn 22 saylı Nəsimi ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçicilər səsvermədə fəal iştirak ediblər. MnSK sədri Ağamayıl Baxşıyevin qəzetimizə verdiyi məlumata görə, 1427 nəfər seçici siyahıda yer alıb ki, onlardan da ən yaşlısı 1923-cü il təvəllüdlü Həsənova Bəyim Bəylər qızıdır. O cümlədən səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildiriblər. Seçicilərdən Vəliyeva Turanə deyib ki, uğurlu gələcək naminə seçkilərdə fəal iştirak etmək vacibdir.
22 saylı Nəsimi ikinci seçki dairəsinin 27 saylı seçki məntəqəsində də seçki prosesi seçicilərin yüksək fəallığı ilə davam edib. MnSK sədri Xanım Sultanova məntəqədə 1472 seçicinin qeydiyyatda olduğunu deyib. Məntəqədə səsvermə prosesini izləyən qırğızıstanlı müşahidəçilər Umertalaev Arslanbek və Shaldobexova Nurrhana “Yeni Azərbaycan” qəzetinə açıqlamalarında deyiblər ki, parlament seçkiləri sakit və demokratik şəraitdə keçir. Onların sözlərinə görə, çox vacib amil odur ki, insanlar seçkilərə böyük əhval-ruhiyyə ilə gəlirlər.
Həmçinin Rusiyanın mətbu orqanları olan “Moskovskiy Komsomolets”dən Darya Zelenskaya və “Kommersant”ın nümayəndəsi Kirill Krivoşeva da məntəqədə səsvermənin gedişini izləyiblər.
Növbəti ünvanımız isə 1229 seçicinin qeydiyyatda olduğu 22 saylı Nəsimi ikinci seçki dairəsinin 17 saylı seçki məntəqəsi olub. Məntəqə sədri Qadir İbrahimovun qəzetimizə verdiyi məlumata görə, ən yaşlı seçici 1924-cü il təvəllüdlü Ukleina Yekaterina Nikolayevnadır.
Baş çəkdiyimiz 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində sədr Leyla Baxşıyeva bildirib ki, səhər saatlarında gənc nəslin nümayəndələri daha fəal olub. Həmin məntəqədə ilk dəfə səs verən 18 yaşlı Şakir Bağırov “Tamamilə sərbəst şəkildə öz namizədimə səs verdim”, - deyib.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsinin sədri Şəhla Əliyeva bildirib ki, gün boyu məntəqədə 9 nəfər beynəlxalq müşahidəçi gəlib. 15 nəfər isə evdə səs vermək üçün müraciət edib.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 14 və 15 saylı məntəqələrində isə 20-dən çox beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyib. Məntəqə üzrə ən yaşlı seçici isə 1931-ci il təvəllüdlü Venera Mehdiyevadır.
Gün ərzində baş çəkdiyimiz 21 saylı birinci seçki dairəsinin 23 saylı məntəqəsi üzrə 1319 seçici qeydiyyatdadır. MnSK sədri Kəmalə Piriyevanın sözlərinə görə, səhər saatlarından seçki məntəqələrinə gələn seçicilər öz səsvermə hüquqlarından sərbəst surətdə - qanunlara müvafiq olaraq istifadə ediblər.
Seçicilərin fəallığının müşahidə edildiyi 21 saylı birinci seçki dairəsinin 24 saylı məntəqəsinin sədri Nailə Muradova isə deyib ki, 1068 seçicinin qeydiyyatda olduğu seçki məntəqələrində seçicilərin rahat şəraitdə səs vermələri, müşahidəçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb: “Gün ərzində məntəqədə müşahidə aparan xarici müşahidəçilər də səsvermənin normal getdiyinin, heç bir qanun pozuntusunun baş vermədiyinin şahidi olublar”.
21 saylı birinci seçki dairəsinin 25 saylı seçki məntəqəsinin sədri Lyudmilla Sultanova isə bildirib ki, 1095 seçici qeydiyyatdadır. Seçici fəallığının müşahidə edildiyini vurğulayan məntəqə sədri əlavə edib ki, seçki prosesi demokratik və beynəlxalq standartlara müvafiq surətdə davam edib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

