İsveçdə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib
07.11.2019 [09:25]
İsveç parlamentində (Riksdaq) “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş “Parlament və onun üzvləri, dialoq və plüralizmin demokratiyada rolu” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveç Parlamentinin spikeri Andreas Norlenin də qatıldığı tədbirdə çıxış edən Milli Məclisin deputatı, eyni zamanda, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətdən, beynəlxalq təşkilatlarla qurulmuş əlaqələrdən söz açıb.
Sahibə Qafarova Avropa İttifaqı ilə tərəfdaşlığın ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, 1999-cu ildə qüvvəyə minən Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin uğurlu nəticələri olduğu üçün qurumla ölkəmiz siyasi dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan vermək məqsədilə 2017-ci ildən yeni çərçivə sazişi üzrə danışıqlara başlayıb və bu sahədə iş davam etdirilir.
Sahibə Qafarova deyib: “Aİ ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından danışarkən dörd sahəni qeyd etmək istərdim: birincisi, daha güclü iqtisadiyyat, ikincisi, daha yaxın əlaqələrin qurulması, üçüncüsü, güclü idarəetmə və dördüncüsü, güclü cəmiyyət”.
“Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac-idxal bazarıdır. Həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ən böyük xarici investorudur”, - deyən deputat Aİ-nin, eyni zamanda, təhsil və regional inkişafa dəstək verməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəklədiyini bildirib.
Hazırda Aİ-nin qaza olan tələbatının təqribən 5 faizini təmin edən Azərbaycanın qurumun vacib enerji tərəfdaşı olduğunu diqqətə çatdıran Sahibə Qafarova ölkəmizin Xəzərin qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırdığını vurğulayıb.
Nəqliyyat sahəsində həyata keçirilən layihələrdən də söz açan deputat Azərbaycanın Şimal ilə Cənubu, eləcə də Şərq ilə Qərbi birləşdirən nəqliyyat yollarının qovuşuğunda əlverişli coğrafi məkanda yerləşdiyini, bu potensialdan istifadə edərək, Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastruktur layihələrinə sərmayə qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, Aİ bu potensialın artırılmasını dəstəkləyir və bu gün Bakı limanında azad ticarət zonasının qurulmasında iştirak edir.
Azərbaycanın Tvinninq proqramı vasitəsilə Aİ ilə fəal əməkdaşlıq etdiyini bildirən S.Qafarova deyib: “Son 10 ildə ölkəmizin 26 nazirliyi və dövlət qurumu 50-yə yaxın Tvinninq layihəsində iştirak edərək, Avropa İttifaqının dövlət qulluqçularının təcrübəsindən bəhrələnib və Aİ standartlarına uyğun olaraq qanunvericiliyin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verib”.
Deputat Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlər, “Erasmus+” layihəsi çərçivəsində tələbə və müəllim mübadiləsi, habelə gənclərin mobillik, təlim və könüllülük mövzusunda layihələrdə iştirak etdiyini müsbət hal kimi qiymətləndirib.
Azərbaycan ilə Aİ-nin parlament səviyyəsində də əməkdaşlıq etdiyini bildirən Sahibə Qafarova parlamentlərarası əməkdaşlıq üçün digər platforma olan Avronest Parlament Assambleyasının fəaliyyətindən də söz açaraq deyib: “Avronest Parlament Assambleyası 2011-ci il mayın 3-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığının parlament təsisatı olaraq yaradılıb. İldə bir dəfə təşkil olunan görüşdə məqsəd Avropa İttifaqı ilə onun Şərq qonşuları (Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna, Ermənistan) arasında siyasi birlik və daha sıx iqtisadi inteqrasiyanı təşviq etməkdir”.
Qazanılan uğurlu nəticələrə baxmayaraq, problemlərin də olduğunu bildirən Sahibə Qafarova, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə və inkişafa maneə törətdiyini qeyd edib. O deyib: “Reallıq budur ki, Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir, həm sözdə, həm də fəaliyyəti ilə sülh danışıqları prosesinə zərbə vuraraq müxtəlif təxribatlarla problemin tezliklə həllinə maneələr yaradır. 2013-cü ildə Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan bir ölkənin proqramın digər iştirakçısının ərazisinin işğal etməsinin layihənin təməl prinsiplərini və məqsədlərini pozduğu xüsusi qeyd olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsinin vacibliyi vurğulanır. Lakin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinə hələ də məhəl qoyulmur”.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Aİ-nin bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini, habelə bu məsələnin bir çox sənədlərdə təsdiqini tapdığını bildirən Milli Məclisin deputatı “Şərq Tərəfdaşlığı” proqramının növbəti onilliyinin gündəliyində güclü təhlükəsizlik məsələsinə yer verilməli olduğunu diqqətə çatdırıb.
Sual-cavab formatında davam edən tədbirdə Şərq Tərəfdaşlığı layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

