Azərbaycan milli maraqlara uyğun, uğurlu xarici siyasət həyata keçirir
29.10.2019 [09:38]
2019-cu ilin oktyabr ayı Azərbaycanın xarici siyasət sahəsində əldə edilən bir sıra uğurlarla yadda qaldı. Heç şübhəsiz bu uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilməsi nəticəsində əldə edilib.
Cari ilin oktyabr ayını təsadüfən vurğulamadım. Belə ki, öncə Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışını xatırlatmaq istərdim. Cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərini beynəlxalq ictimaiyyət qarşısında yerlə bir etdi. Daha sonra, oktyabrın 11-də Azərbaycan Prezidenti Türkmənistanın paytaxtı Aşqabadda Ermənistanda Qaregin Njde kimi bir faşistə qoyulan heykəlin timsalında məkrli erməni siyasətinin iç üzünü açdı. Beynəlxalq ictimaiyyətə Ermənistanın hazırkı “liderin” necə savadsız və küt olduğunu göstərdi. Bunun ardınca, oktyabrın 15-də Bakıda Türk Şurasının 7-ci Zirvə Görüşü keçirildi. Söz yox ki, bu Zirvə Görüşünün məhz Bakıda keçirilməsi ölkəmizin Türk dünyasındakı önəmli yeri və rolundan xəbər verir. Burada da Prezident İlham Əliyev daha bir tarixi çıxışı ilə əzəli Azərbaycan ərazisi olan Zəngəzurun timsalında Ermənistanın türklərə olan nifrətini, bölücülük siyasətini ifşa etdi. Nəhayət, oktyabrın 25-26-da Bakıda BMT-dən sonra dünyada ikinci böyük və nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirildi. Bununla da Azərbaycan bütün dünyaya çox ciddi mesajlar verdi. Ona görə də əsasən bu məsələnin üzərində dayanmaq istəyirəm.
İlk növbədə, bu Zirvə Görüşü Azərbaycanın uzun illərdir dünyada balanslı və müstəqil siyasət apardığını növbəti dəfə isbatladı. Bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan malik olduğu unikal üstünlüklər sayəsində Hərəkata üzv dövlətlər arasında əlaqələndirici rol oynayır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir. Həmçinin Qoşulmama Hərəkatında təmsil olunmaq ölkəmizin haqq səsinin dünyada eşidilməsinə yardım edir. Bundan başqa, Azərbaycan artıq bu səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi üçün platformaya çevrilib. Beynəlxalq aləm gördü ki, Azərbaycanın apardığı xarici siyasət Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluq təşkil edir.
Nəticə etibarilə Hərəkata sədrliyin Azərbaycana həvalə edilməsi məhz ölkəmizə göstərilən hörmətin, inamın və dərin etimadın təzahürüdür. Məlumdur ki, Qoşulmama Hərəkatına sədrlik 3 il müddətində Azərbaycana keçib. Odur ki, bu, ölkəmizin beynəlxalq proseslərdə daha da yaxından iştirakını təmin edəcək. Təşkilata sədrlik müddətində Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha geniş auditoriyaya çatdıracaq. Eləcə də bu müddət ərzində problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olan ölkələrin sayı daha da artacaq. Çünki Azərbaycan təşkilata sədrlik etdiyi illər ərzində bu problemini mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcək.
Əminəm ki, Azərbaycanın sədrliyi dövründə digər beynəlxalq təşkilatlarla da dialoqun inkişafına diqqət göstəriləcək və mədəniyyətlərarası, sivilizasiyalararası dialoq təşviq ediləcək.
Məhərrəm Səfərli
Beynəlxalq Jurnalistlər
Federasiyasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

