/ / Siyavuş Novruzov: Ulu Öndər Heydər Əliyev heç bir təhlükə və təhdidin Onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
Siyavuş Novruzov: Ulu Öndər Heydər Əliyev heç bir təhlükə və təhdidin Onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
23.10.2019 [09:31]
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə qarşılaşmışdı, respublika xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. Belə bir təhlükəli vəziyyətdə Ulu Öndər nəinki Özünün, hətta ailəsinin həyatını təhlükədə qoyaraq xalqın səsinə səs verdi, Azərbaycanı xilas etmək kimi çox məsuliyyətli missiyasını Öz üzərinə götürdü.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, o dövrdə ömrünün müdrik çağında çoxsaylı təhlükə və təhdidlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev heç nədən çəkinmədən həyatını təhlükəyə ataraq, sözün əsl mənasında, Azərbaycanın gələcəyi uğrunda siyasət meydanına atıldı. Həmin dövrdə Ulu Öndər heç bir təhlükənin və təhdidin Onu yolundan çəkindirməyəcəyini və yenidən xalqa ləyaqətlə xidmət edəcəyini qayıdışı ilə hər kəsə sübut etdi.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul etdiyi zaman haqlı olaraq bildirdi ki, bütün təhlükələrə baxmayaraq, Heydər Əliyev Bakıya gəldi, Öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, O, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi: “Həmin dövrdə respublikaya rəhbərlik edənlərin siyasi səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlara uyğun siyasət həyata keçirmək iqtidarında olmamaları, mübarizələrini dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi - korporativ maraqları əsasında aparmaları Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Belə bir ağır vəziyyətdə xalqın və dövlətin xilası üçün zəngin dövlətçilik təcrübəsinə malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazdı. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət kimi Heydər Əliyev Vətənini fəlakətdən qurtardı, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etdi”.
S.Novruzov əlavə edib ki, ümumiyyətlə, Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var, Ümummilli Liderin xalqımız qarşısında xidmətləri misilsizdir: “Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə xidmət etmişdir”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

