Rusiyadan Ermənistana xəbərdarlıq
04.10.2019 [09:14]
Sergey Lavrov: Nikol Paşinyanın bəyanatı siyasi prosesin tənzimlənməsinə kömək etmir
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan danışıqlarda Azərbaycan tərəfinin tutduğu konstruktiv mövqeyin əksinə olaraq işğalçı Ermənistanın həyata keçirdiyi qeyri-konstruktiv siyasət işğalçı dövlətin tam nüfuzdan düşməsi və hətta ona tərəfdaş olan dövlətlərin də etibarını itirməsinə gətirib çıxarır. Daxili auditoriyaya hesablanmış, eyni zamanda, sülh danışıqlarının pozulmasına yönəlmiş çıxışları ilə beynəlxalq müstəvidə nüfuzunu tam itirən Ermənistan baş nazirinin ABŞ səfəri, habelə Yerevanda keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti sübut etdi ki, Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, verdiyi məsuliyyətsiz bəyanatlar dünyanın aparıcı dövlətləri tərəfindən müsbət qəbul olunmur. Üstəlik, N.Paşinyanın xarici siyasətdə tam uğursuzluğu, verdiyi bəyanatlardakı ziddiyyətli məqamlar xarici dövlətlərin başçıları tərəfindən, hətta bəzi regional qurumlarda Ermənistanla tərəfdaş olan ölkələrin rəhbərləri tərəfindən də onun ciddi qarşılanmamasına şərait yaradır.
Ermənistan tərəfinin sülh danışıqları prosesinin ləngiməsinin əsas səbəbkarı olması ATƏT-in Minsk qrupunun üzvü olan rəsmi Moskvanın son açıqlamalarında da öz əksini tapıb. Belə ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən N.Paşinyanın qeyri-konstruktiv açıqlamalarını tənqid edib: “ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.
Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov deyib: “Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik”.
Göründüyü kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın mövqeyini ortaya qoyan S.Lavrov işğalçı Ermənistana bir daha xatırladıb ki, vasitəçilər indiyə qədər üzərində işlənən və dəfələrlə müzakirə olunmuş baza prinsiplərindən imtina etməyiblər. Məsələnin həlli üzrə danışıqlar da həmin prinsiplər əsasında aparılacaq. Danışıqların və birbaşa dialoqun aparılmasının ləngiməsinə səbəb də, təbii ki, Ermənistanın indiki rəhbərliyinin, o cümlədən məsuliyyətsiz və qeyri-konstruktiv bəyanatlarla prosesi və regionda vəziyyəti daha da gərginləşdirən N.Paşinyanın davranışlarıdır.
Beləliklə, Ermənistanın daxilində mövcud olan gərgin vəziyyətin fonunda işğalçı dövlətə rəhbərlik edən N.Paşinyanın yürütdüyü qeyri-konstruktiv siyasətin ifşası işğalçı dövlətin dalana dirənməsinə şərait yaradır. Azərbaycanın beynəlxalq nüfuzunun artması fonunda ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın Xarici İşlər nazirinin danışıqlar prosesinə mane olan tərəfi açıq şəkildə işarə etməsi Ermənistanın təkləndiyini bir daha ortaya qoyur.
Bunun başlıca səbəbləri bir tərəfdən N.Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlar, digər tərəfdən də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi və dünyada etibarlı, səmimi tərəfdaş imici qazanmasıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

