/ / İspaniya jurnalında Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair məqalə dərc edilib
İspaniya jurnalında Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair məqalə dərc edilib
03.10.2019 [09:43]
İspaniyanın nüfuzlu “Diplomatiya XXI əsr” jurnalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, o cümlədən tolerantlıq və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində əvəzolunmaz xidmətlərindən bəhs edən geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü ilə hazırlanmış məqalədə Azərbaycanda humanizm və xeyirxahlıq rəmzinə çevrilmiş Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verməsindən, onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələrin milli dəyərlərin qorunmasına və onların ictimai şüurda möhkəmlənməsinə xidmət etməsindən söz açılır.
Məqalədə 2004-cü ildə əsası qoyulmuş və elə o vaxtdan Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkənin inkişafına verdiyi töhfələrdən, çoxşaxəli fəaliyyətindən bəhs olunur. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparması xüsusi olaraq vurğulanır.
Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfransların, tədbirlərin keçirildiyi, ermənilərin Xocalıda törətdikləri soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətləri barədə məlumatlandırma kampaniyasının uğurla aparıldığı qeyd olunur, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) ilə əlaqələri xüsusi yer tutur, Azərbaycan-UNESKO əməkdaşlığının yüksələn xətlə inkişaf etməsində Fondun prezidenti Mehriban Əliyevanın səyləri danılmazdır.
Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondunun humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət etməsi yüksək qiymətləndirilərək, Fondun bu məqsədlə həyata keçirdiyi layihələr geniş şəkildə işıqlandırılır. Tolerantlıq və dialoq sahəsində görülmüş işlərin nəticəsi olaraq Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana səfər etdiyi, Müqəddəs Məryəm katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı “sivilizasiyalar arasında körpü” adlandırdığı xüsusi olaraq vurğulanır.
Nəfis tərtibatda çap edilən “Diplomatiya XXI əsr” jurnalı ölkədə böyük oxuyucu kütləsinə və xüsusi nüfuza malik olmaqla yanaşı, İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, bu ölkədəki diplomatik nümayəndəliklər, habelə İspaniya Krallığının Latin Amerikası ölkələrindəki səfirlikləri arasında da geniş yayılır.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

