/ / Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
24.09.2019 [09:22]
Azərbaycanın dinamik inkişafı və gündən-günə qüdrətinin artması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin və onun xalq tərəfindən dəstəklənməsinin nəticəsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, bu inkişaf əvvəlcədən müəyyənləşdirilmiş strategiya və xüsusi proqramlar vasitəsilə dövlət siyasəti kimi gerçəkləşdirilir. Heç şübhəsiz ki, bu zaman önə çıxan ən prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifah halının yüksəldilməsidir. Qeyd etmək lazımdır ki, yaşadığımız mürəkkəb geostrateji regionda milli maraqlara söykənən müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil. Çünki müstəqil siyasət həyata keçirmək və dövlətçilik maraqlarını daim öndə tutmaq, ilk növbədə, güclü iqtisadiyyatla əlaqəli olur. Azərbaycan məhz hər şeydən əvvəl iqtisadi müstəqilliyini qura bilib və hazırda sənayeləşmə dərəcəsi xeyli yüksək olan şaxələndirilmiş rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Bəzən ölkəmizə qarşı müxtəlif təzyiq kampaniyalarının təşkil olunması da elə bu amillərlə bağlıdır. Çünki milli maraqlarımızdan əsla güzəştlər vermirik və bu, bəzi rəqiblərimizi xeyli narahat edir.
Hikmət Babaoğlu qeyd edib ki, hazırda Azərbaycan həyata keçirdiyi müxtəlif təyinatlı regional və qlobal miqyaslı layihələrlə beynəlxalq münasibətlərin mühüm aktorlarından birinə çevrilib. Enerji sektorunda əldə edilən nailiyyətlər və həyata keçirilən meqalayihələr Avropanın enerji xəritəsini dəyişən xüsusi alternativ layihələr kimi, bu sahədə təhlükəsizliyi təmin edən vasitə olaraq nəzərdən keçirilir. Şübhəsiz, söhbət təkcə Avropanın enerji təhlükəsizliyindən deyil, həm də Azərbaycanın təhlükəsizliyindən gedir ki, bu da qarışlıqlı maraqların uzlaşdırılmasının optimal düsturu kimi ortaya çıxır. Əlbəttə, bütün bunlar, nəticə etibarilə, müharibə vəziyyətində olan Azərbaycanın hərbi-siyasi qüdrətini artırmaqla yanaşı, sosial problemlərin həlli üçün də yaxşı şərtlər formalaşdırır. Ölkəmizdə həyata keçirilən kompleks sosial islahatların maliyyə mənbəyi də, onun uğurlu olmasının səbəbi də karbohidrogen ehtiyatlarımızdan və digər iqtisadi resurslarımızdan səmərəli istifadənin təşkili ilə bağlıdır ki, bunu da Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən strateji siyasəti ilə əlaqələndirməliyik.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

