/ / Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesinə zərbə vuracaq bəyanatlar səsləndirir
Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesinə zərbə vuracaq bəyanatlar səsləndirir
03.09.2019 [09:18]
Ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın bəyanatları qeyri-ciddi olmaqla yanaşı, münaqişənin həllinin uzanmasına xidmət edir
Məlum olduğu kimi, işğalçı Ermənistan Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə hər zaman zərbə vurmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndiyə qanunsuz səfəri zamanı “Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi bir daha Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını göstərir. Bundan əvvəl isə Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdilər. Eyni zamanda N.Paşinyan bu günlərdə də münaqişə ilə bağlı növbəti sərsəm bəyanatlar səsləndirib. Bütün bunlar isə Ermənistanın işğalçı mahiyyətini aydın şəkildə təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Ermənistanın hakimiyyət nümayəndələrinin Dağlıq Qarabağ problemi ilə bağlı son bəyanatları işğalçı ölkənin əsl mahiyyətini ifadə edir. E.Məmmədov bildirib ki, Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini pozur, münaqişənin həllindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır: “Paşinyanın Xankəndində səsləndirdiyi bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidirlər”.
Deputat qeyd edib ki, N.Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar müharibəyə təhrikdir. Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Millət vəkili deyib ki, Paşinyanın digər açıqlamaları da qeyri-ciddi olmaqla yanaşı, münaqişənin həllinin uzanmasına xidmət edir.
“Ermənistan siyasi rəhbərliyi Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesinə zərbə vuracaq bəyanatlar səsləndirir. Bəyanatlar göstərir ki, Paşinyanın, ümumiyyətlə, münaqişənin həlli ilə bağlı mövqeyi yoxdur. Daha doğrusu, ziddiyyətli mövqeyi var. Bir çox hallarda özü-özünü təkzib edir. Məsələn, baş nazir bir müddət əvvəl deyirdi ki, onun Dağlıq Qarabağ adından danışmağa haqqı yoxdur. Çünki həmin bölgədə yaşayan ermənilər səsvermədə iştirak etməyiblər. Ona görə də rejim danışıqlarda “tərəf” kimi çıxış etməlidir. Bu absurd mövqedən sonra Paşinyan iddia etdi ki, “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”. Bütün bunlar onu göstərir ki, Paşinyan ilyarımlıq hakimiyyəti dövründə buraxdığı çoxsaylı səhvlərin üzərini örtməyə çalışır. Baş nazir ölkəsinin düşdüyü ağır şəraitdən çıxış yollarını tapa bilmir. Nəticədə, Ermənistandakı böhran daha da dərinləşir”. Bu fikirləri isə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, işğalçı ölkə avantüraya əl atır. Onun sözlərinə görə, hazırda N.Paşinyan əleyhinə Ermənistanda çox ciddi müxalifət formalaşmaqdadır: “Nicat yolu axtaran N.Paşinyan hərbi ritorikaya üstünlük verir və özünü kompromissiz siyasətçi kimi göstərməyə çalışır. Paşinyanın avantürist bəyanatları və cəbhədə atəşkəsin mütəmadi pozulması baş nazirin müharibə ritorikasına üstünlük verdiyini təsdiqləyir. Amma zaman Ermənistanın əleyhinə işləyir. Keçən müddət ərzində baş nazir heç bir uğura imza atmayıb, ölkədə iqtisadi durum yaxşılaşmayıb, əhalinin rifahı düzəlməyib, xarici investisiya cəlb olunmayıb. Vaxtı ilə Paşinyanın yanında inqilab edən ermənilər indi baş nazirə müxalif olublar”.
E.Nəsirov hesab edir ki, indiki həssas dönəmdə ATƏT-in Minsk qrupunun üzərinə əvvəlkindən çox məsuliyyət düşür: “Hadisələr aprel döyüşlərini daha çox xatırlatmağa başlayıb. Kim təminat verə bilər ki, Cənubi Qafqazda növbəti savaş alovu yüksəlməyəcək?! Əgər yenidən hərbi əməliyyatlar başlayarsa, onu dayandırmaq çox çətin olacaq, bəlkə də mümkün olmayacaq. Beynəlxalq təşkilatlar bunu diqqətə almalı və Ermənistanı tutduğu mövqedən çəkindirməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

