/ / Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub
Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub
12.07.2019 [09:42]
Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 28-ci sessiyasının işində iştirak etmiş Bahar Muradova, Azay Quliyev, Tahir Mirkişili, Ülviyyə Ağayeva, Kamran Nəbizadə və Elşad Həsənovun daxil olduqları Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara Mərkəzin gözəl tərtib olunmuş və Azərbaycan rəssamlarının və heykəltəraşlarının əsərləri, çap materialları, milli geyimdə olan manekenlər qoyulmuş binası göstərilib.
Assosiasiyanın üzvləri azərbaycanlı deputatlara təmsil etdikləri diaspor təşkilatının fəaliyyəti haqqında məlumat veriblər və öz tarixi Vətənlərinin naminə apardıqları işi davam etdirmək arzusunu və əzmini ifadə ediblər.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin vitse-spikeri, eyni zamanda, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Bahar Muradova soydaşlarımıza göstərdikləri vətənpərvərliyə və çoxşaxəli fəaliyyətə görə təşəkkür edib, bu təşkilata hərtərəfli kömək və dəstək göstərməyə hazır olduğunu bildirib. O, Lüksemburqdakı Azərbaycan diasporunun fəalları ilə bu ölkənin siyasətçiləri, xüsusən Hersoqluğun qanunverici orqanının deputatları arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib. Vitse-spiker deyib: “Başa çatan sessiya bunun necə mühüm olduğunu göstərdi. Lüksemburq təkcə Aİ-də deyil, həm də ATƏT-də mühüm dövlətdir və lüksemburqlu həmkarlarımızın sessiyalarda necə səs verməsi də bizim üçün əhəmiyyətlidir”.
Deputat Azay Quliyev də Assosiasiyanın rəhbərlərinə Vətən naminə fəaliyyətlərinə görə təşəkkürünü bildirib. O, xalq və diaspor səviyyələrində yaradılan əlaqələrin Azərbaycan dövlətinin uğurları barədə düzgün informasiyaların, ölkəmizin bugünkü reallıqlarının avropalılara çatdırılmasında böyük əhəmiyyətini vurğulayıb.
Lüksemburqda tanınmış şəxsiyyət və ölkəmizin həqiqi dostu xanım Lea Linsterin rəhbərlik etdiyi “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyası 2011-ci ildən Lüksemburq ictimaiyyəti üçün maarifləndirici iş aparır, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini təbliğ edir, müxtəlif sahələrdə dostluq əlaqələrinin və ikitərəfli əməkdaşlığın inkişafına kömək edir. Bu təşkilatın yüzə yaxın üzvü var və onların əksəriyyəti lüksemburqlulardır. Assosiasiya hər il Azərbaycan rəssamlarının və heykəltəraşlarının sərgilərini, musiqiçilərin və rəqs qruplarının konsertlərini təşkil edir, filmlər nümayiş etdirir. Bundan başqa, bu təşkilat illik beynəlxalq yarmarkada da iştirak edir.
Heydər Əliyev Fondu Assosiasiyaya kömək məqsədilə çoxlu sayda kitab, jurnal və kompakt-disklər göndərib. 2014-cü ildə Assosiasiyanın evi olan “Qarabağ” Mərkəzinin açılışı olub. Qeyd etmək lazımdır ki, Mərkəz Lüksemburqun mərkəzində yerləşir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

