/ / Vüqar Rəhimzadə: Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri əks etdirən mesajlar ünvanlanır
Vüqar Rəhimzadə: Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri əks etdirən mesajlar ünvanlanır
11.07.2019 [09:30]
Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələr sırasındadır. Elə mütəmadi olaraq paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə aparılan müzakirələr bunu deməyə əsas verir. Təbii ki, bütün bunlar səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət beynəlxalq aləm üçün cəlbedici olmaqla yanaşı, region və dünyaya sabitlik, sülh və təhlükəsizlik vəd edir. Azərbaycanın təşəbbüsü ilə reallığa çevrilən qlobal layihələr ölkələr arasında yeni əməkdaşlıqların meydana gəlməsinə və daha da genişlənməsinə yol açır. Bu layihələr qarşılıqlı milli maraqlara hörmət etməklə hər bir iştirakçı ölkəyə böyük qazanc, iqtisadi mənfəət gətirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun, artan siyasi çəkisinin parlaq təzahürüdür. Azərbaycan nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Buna baxmayaraq, bu qurumları təmsil edən qlobal güclərin nümayəndələrinin məhz Bakıda görüşmələri ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan dünyada sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Bu müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət əsas amil kimi çıxış edir. Bu görüş ondan xəbər verir ki, müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan dünya miqyasından söz sahibi olan ölkələr sırasındadır.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, qitələri birləşdirən, böyük güclərin hörmətlə yanaşdığı, hər zaman hesablaşdığı Azərbaycan artıq beynəlxalq dialoq məkanına çevrilib: “Bu məkandan isə dünyaya sülh, sabitlik və multikultural dəyərləri, birgə əməkdaşlığı əks etdirən mesajlar ünvanlanır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19

