Əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar 2 milyondan artıq insanı əhatə edir
26.06.2019 [11:33]
Ekspertlər hesab edirlər ki, bu addım əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 18-də minimum əməkhaqqının, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin, həmçinin müəllimlərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sərəncamlar əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində çox mühüm addımdır. T.Rzayev bildirib ki, bu sərəncamlardan iki milyondan çox insan faydalanacaq. Eləcə də minimum əməkhaqqının artırılması 950 min insanı, müəllimlərin əməkhaqlarının artımı 160 min insanı əhatə edəcək. Onun fikrincə, bu sərəncamları sosial sahədə bir inqilab adlandırmaq olar: “Dövlət başçısı ötən il aprel ayında prezident seçilərkən söz vermişdi ki, ölkədə bir çox struktur dəyişiklikləri olacaq, sosial islahatlar həyata keçiriləcək və bunlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına yönələcək”.
Millət vəkili qeyd edib ki, cənab Prezidentin son sərəncamları göstərir ki, sosial sahədə sistemli və ardıcıl iş aparılır. “Bundan əvvəl şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, pensiyaların, əməkhaqlarının, tələbələrə verilən təqaüdlərin artırılması kimi tədbirlər həyata keçirildi. Son sərəncamlar da görülən tədbirlərin məntiqi davamıdır. Prezident İlham Əliyevin bu sərəncamları ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir”, - deyə T.Rzayev vurğulayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir. İyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artırılması bu faktı bir daha təsdiqləyir. Ölkəmizin iqtisadi inkişafı insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur”. Bu fikirləri isə Milli Məclisin deputatı Sevinc Hüsenova deyib. S.Hüseynova bildirib ki, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Onun sözlərinə görə, əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır: “Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
“Minimum əməkhaqqının 250 manata qədər artırılması vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq”, - deyən millət vəkili xatırladıb ki, dövlət başçısı bu ilin fevralında minimum əmək haqlarının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Sərəncam imzalamışdı. Qısa müddət ərzində bu məbləğin 250 manata qaldırılması vətəndaşlarımızın maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış ən əhəmiyyətli addımdır. “Minimum əməkhaqqının artırılması haqqında imzalanan Sərəncam özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə şamil olunacaq. Ümumiyyətlə imzalanan son sərəncamlar Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin inqilabi xarakter daşıdığını və dövlətin vətəndaş üçün olduğunu bir daha sübut edir. Cənab Prezident hər zaman sosial siyasətə böyük önəm verir və bu istiqamətdə sərəncamların imzalanması davamlı xarakter daşıyır”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

