/ / Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15.06.2019 [10:14]
Xaricdəki “söyüş müxalifəti”nin təmsilçilərinin Fransa məhkəmələrinin qərarlarını sükutla qarşılamaları isə bir daha göstərir ki, bəlli dairələr onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar
Məlum olduğu kimi, işğalçı Ermənistan havadarlarının köməyi ilə zəbt etdiyi tarixi Azərbaycan ərazilərində yaratdığı separatçı rejimin dünyada tanıdılmasına nail olmaq və beləliklə də, ilhaq siyasətinə hüquqi əsaslar yaratmaq məqsədilə müxtəlif səpkili spekulyativ əməllərə əl atır. İndiyədək forpost dövlətin xaricdəki erməni lobbisinin dəstəyi ilə işğal altındakı ərazilərə təşkil etdiyi marafonlar, ianə yığımı kampaniyaları, turizm turları deyilənlərə misaldır. Ermənistan bu kimi çirkin vasitələrlə özünün regionda sabitliyə və əməkdaşlığa ciddi təhdidlər yaradan siyasətinin əsl mahiyyətini gizlətməyə çalışsa da, belə cəhdlər heç bir fayda vermir. Əksinə, dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərdə indiki dövrdə təhdid siyasətini, bir dövlətin başqa bir dövlətin ərazisini zor gücünə zəbt etməsini qətiyyətlə pisləyirlər.
Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimi tanıtmaq cəhdlərinin müqabilində növbəti zərbəni Fransa məhkəmələrindən aldı
Yuxarıda deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, indiyədək ATƏT-in, Avropa Şurasının, Qoşulmama Hərəkatının, İƏT-in və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə işğala məruz qalan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunub. O cümlədən BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Forpost dövlətin yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların formatının dəyişdirilməsinə dair sərsəm təklifi isə rədd edilib. Belə ki, Ermənistanın danışıqlar prosesinə Dağlıq Qarabağda yaradılan separatçı rejimi də qoşmaq cəhdlərinə rəğmən, bu baş vermədi, danışıqlar prosesi çərçivəsində növbəti görüş 2019-cu il martın 29-da Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın yeni baş naziri arasında baş tutdu. Bundan əvvəl isə - cari ilin 9 mart tarixində ATƏT-in Minsk qrupu həmsədrləri Bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirmişdilər.
İşğalçı Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimin tanıdılması məqsədinə hesablanan spekulyativ cəhdlərinə növbəti zərbə bir qədər bundan əvvəl Fransa məhkəmələrindən gəlib. Bundan əvvəl Fransanın Serji-Pontuaz məhkəməsinin bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etdiyi barədə yazmışdıq. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni olduğu, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Verilən məlumatlarda bildirilir ki, işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. Fransanın Serji-Pontuaz məhkəməsinin bəhs olunan qərarının ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də oxşar qərar çıxarılıb. Fransa məhkəmələrinin çıxardığı qərarlar separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradıını göstərir.
Bəhs olunan qərarlar, eyni zamanda, beynəlxalq ictimaiyyətin separatçılıq meyillərini qınamasının növbəti təzahürüdür. Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimlə Fransanın ayrı-ayrı şəhərləri arasında imzalanan dostluq haqqında “sənədlər” bu ölkənin xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir. Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Bəhs olunan xartiyalar isə danışıqlar prosesində bu ölkənin bitərəfliyini şübhə altına salırdı.
Belə görünür ki, Azərbaycanın milli maraqlarının müdafiəsi xaricdəki “söyüş müxalifəti”nin proqramına daxil deyil
Fransa məhkəmələrinin ard-arda işğalçı Ermənistanı, Dağlıq Qarabağdakı separatçı rejimi məyus etməsi başqa bir məqamı da üzə çıxartdı. Söhbət xaricdə “lövbər” salıb Azərbaycan iqtidarının ünvanına heç bir məntiqi əsası olmayan ittihamlar səsləndirən dəstənin susqunluğundan gedir. Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki “söyüş” müxalifətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar.
Xaricdə yaşayan və yeri gəldi-gəlmədi milli mənafelərdən danışan şəxslərin ümummilli məsələlərdə heyrət doğuracaq susqunluq nümayiş etdirmələri onlarda milli təəssübkeşliyin yerli-dibli olmadığını göstərir. Bir daha aydın görünür ki, bəlli dairələr onlara pulu, böyükhəcmli qrantları məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

