Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
13.06.2019 [09:49]
İyunun 12-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdən öncə nazirlər Qəbələ şəhərindəki Şəhidlər xiyabanına gəlib, “Əbədi məşəl” abidəsinin önünə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi də ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda danışıqların yekununa dair protokol imzalanıb. Sənədi Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya imzalayıblar.
Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığı inkişaf etdirirlər. Görüşdə üç qonşu, dost dövlətin Müdafiə nazirlərinin iş planına daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Z.Həsənov üçtərəfli görüşdə Türkiyənin separatizmlə haqlı mübarizəsinin dəstəkləndiyini vurğulayaraq deyib: “Görüşdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə edildi. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər mühüm rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə ilə Azərbaycan arasında 7 təlim təşkil olunub. Bu il isə 13 təlimin keçirilməsi nəzərdə tutulur. Azərbaycanın və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”.
Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələrinin olduğunu deyən Milli Müdafiə naziri Hulusi Akar vurğulayıb ki, qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayaraq, digər sahələri də əhatə edəcək.
Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar bildirib ki, üç ölkənin birgə fəaliyyəti böyük önəm kəsb edir. Müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanan sənədlərin çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik. Bu gün keçirilən görüşdə tərəflər mövcud işbirliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdilər. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir.
Gürcüstanın Müdafiə naziri Levan İzoriya isə qeyd edib ki, Gürcüstan gələcəkdə Azərbaycanın və Türkiyənin keçirəcəyi birgə təlimlərə maksimum şəkildə qoşulacaq. Görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini vurğulayan L.İzoriya bildirib ki, bugünkü toplantı xalqlarımızın təhlükəsizliyi baxımından da önəmlidir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

