Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə növbəti dəfə tarix yazdı
12.06.2019 [09:33]
2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilən ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu
Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi və iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir.
Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi
Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmiz qlobal xarakterli nüfuzlu tədbirlərə - mədəniyyət müsabiqələrinə, humanitar forumlara, idman yarışlarına uğurla ev sahibliyi edir. Təbii ki, nüfuzlu beynəlxalq tədbirlərin, eləcə də idman yarışlarının keçirildiyi məkan olaraq Azərbaycanın seçilməsinin əsasında dayanan amillər sırasında ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması xüsusi yer tutur.
Ümumiyyətlə, Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Ölkəmizdə 4 il öncə ilk Avropa Oyunlarının uğurla baş tutması da bu kontekstdə ayrıca qeyd edilməlidir. Azərbaycan 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirdi. Xatırladaq ki, 2015-ci il iyunun 12-dən 28-dək paytaxt Bakıda baş tutan birinci Avropa Oyunları çərçivəsində Olimpiya idman növləri üzrə 16, qeyri-Olimpiya idman növləri üzrə 4 olmaqla, 20 idman növü üzrə yarışlar keçirilib.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edərkən Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcəyinə heç bir şübhə yox idi. Avropanın idman ictimaiyyəti, nüfuzlu araşdırma mərkəzləri, ekspertlər ilk Avropa Oyunlarının keçirilməsi hüququnun iqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edilməsini qanunauyğun hal kimi xarakterizə etmişdilər. Və gözləntilər özünü doğrultdu, Bakıda keçirilən ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu. Xüsusilə də, birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimi “qoca qitə”nin idman tarixində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın gücünü və potensialını dünyaya nümayiş etdirmiş oldu.
Birinci Avropa Oyunlarına beynəlxalq müstəvidə böyük maraq müşahidə edildi
Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. İlk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin səmərəli fəaliyyəti və yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi. Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də Avstraliyada yayımlandı. Dünya ictimaiyyətinin ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaəti tamamilə müsbət oldu, bu tarixi hadisə Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirildi. Ümumiyyətlə, məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycana gəldikdə, ölkəmiz bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma ən yüksək səviyyədə tamamladı.
Beləliklə, ilk Avropa Oyunları dünya idman tarixində vacib hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. Özünün sürətli inkişafı sayəsində birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanan Azərbaycan yarışlara uğurla ev sahibliyi etməklə yanaşı, ölkə reallıqlarını da nümayiş etdirmiş oldu. Ən əsası, qeyd etdiyimiz kimi, ilk Avropa Oyunları Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə təsdiqlədi.
Azərbaycan Avropada və dünyada güclü, nüfuzlu idman dövləti kimi tanınır
Məlumdur ki, ilk Avropa Oyunlarında yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanmaqla Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq komanda olaraq ikinci yerin sahibi olub. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlamlığının təmin olunması üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb. Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Bu, dövlət tərəfindən idmana göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir. Bütövlükdə, Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də olduqca yüksək qiymətləndirilir. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi Azərbaycanın bu istiqamətdə gördüyü işlərin və əldə olunan müsbət nəticələrin təqdirəlayiq olduğunu ifadə edir. Bütövlükdə, həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlər və əldə olunan nailiyyətlər Azərbaycanı güclü idman dövlətinə çevirib.
Nəticə etibarilə, güclü idman dövləti olan, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə növbəti tarixi nailiyyətin altına imza atmış oldu. İlk Avropa Oyunlarının Azərbaycanda müvəffəqiyyətlə keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını bir daha nümayiş etdirdi.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19

