Reneqatların, zombilərin ümidinə qalan Əli Kərimlinin miskin sonu...
23.05.2019 [09:32]
Yaxud AXCP sədri “mühacirlər”in qayıdıb gəlməsindən və ortada tək qalacağından narahatlıq keçirdiyi üçün artıq siyasi etikanın bütün mümkün sədlərini aşır
Siyasi riyakarlığı özlərinə peşə seçmiş “beşinci kolon” nümayəndələri Azərbaycan dövlətinin maraqlarına xəyanət etməklə bundan dividend qazanmaq niyyətindədirlər. Anti-azərbaycançı mərkəzlərlə işbirliyində olan radikal ünsürlər ölkəmizin əleyhinə yalan təbliğatlar aparan mərkəzlərin sifarişləri əsasında şər-böhtanlar yaymağa çalışır, hətta siyasi etika qaydalarını belə gözləmirlər. Azərbaycan cəmiyyətində heç bir hörməti və siyasi elektoratı olmayan, yalnız sosial şəbəkələrdə yalançı trollar vasitəsilə özündən “müxalifət partiyası” düzəldən belələri qarşıdurmalar yaratmağa formatlanıblar ki, bunun ən bariz nümunəsi də AXCP və onun sədri Əli Kərimlidir. Vurğulanmalıdır ki, Ə.Kərimli Azərbaycan cəmiyyətində ziddiyyətlərin və qütbləşmənin olmasını arzu edən bir şəxs kimi bütün siyasi fəaliyyətini cəmiyyətdə qarşıdurma yaratmaq üzərindən qurub. Bunu son dövrlərdə onun “mühacir”lərlə bağlı tutduğu mövqe bir daha təsdiqləyir.
Belə ki, son dövrlərdə vaxtilə radikal mövqe tutmuş bəzi şəxslərin öz səhvlərini etiraf etməsi və Azərbaycan dövlətindən və xalqımızdan üzr istəməsi Ə.Kərimlinin narahatlığına səbəb olub. Ümumiyyətlə, “mühacirlərə açılım məsələsi” gündəmə gələn kimi Ə.Kərimli qondarma nümunələrlə sübut etməyə çalışır ki, bu, belə deyil. Yəni qarşılıqlı etimadın daha da gücləndirilməsinə mane olmağa çalışan, öz yalanlarını işə salaraq yenidən ara qarışdırmağa niyyətlənən Ə.Kərimli qorxur ki, “mühacir”lər qayıdıb gəlsələr, tənqidçilərin sayı azalar və o, ortada tək qalar. Bu isə Ə.Kərimlinin çirkin niyyətlərinə uyğun gəlmir. Çünki ermənipərəst mərkəzlərlə əlaqəli şəkildə işləyən Ə.Kərimli öz siyasi avantürasından həm də “biznes” kimi istifadə edir. Məsələn, adı hər zaman qondarma “siyasi məhbus” alverində hallanan Ə.Kərimli bu gəlir mənbəyinin əldən çıxacağından çəkinir. Konkret cinayətdə günahlandırılan, etdiyi əməlin cəzasını çəkən şəxsləri “siyasi məhbus” adlandırıb pul qazanan Ə.Kərimlini nifrət hissi o qədər bürüyüb ki, məşhur qatil Çikatilo dirilib hakimiyyəti tənqid etsə, onu da “siyasi məhbus” elan edər. Bu isə bir daha təsdiqləyir ki, Əli Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb və özünü manyak kimi aparır. O, “islah olunmuş mühacir” deyə təhqir etdiyi şəxsləri fərqli fikrinə görə hədəfə alır. Bu isə bir daha onun dözümsüzlüyünü ortaya qoyur. Azərbaycan hakimiyyətini guya siyasi dözümsüzlükdə ittiham edən Ə.Kərimlinin özünün ətrafında bir nəfər fərqli düşünən insan yoxdur. Hətta partiya daxilindəki idarəçiliyə etiraz edən gəncləri belə AXCP-dən uzaqlaşdıran Ə.Kərimli onun despot idarəçiliyinə qarşı çıxanları mənəvi terrora məruz qoyur. Bu səbəbdəndir ki, Elçibəyin dövründə olan AXCP funksionerlərindən heç biri onun yanında qalmayıb. Bu boşluğu isə reneqatlar, heç bir əxlaqı olmayan ünsürlər və zombilər doldurublar.
Bəli, vaxtilə radikal mövqedə olan insanların öz səhvlərini anlamaları və etiraf etmələri onların artıq rasional düşünməyə başladıqlarını göstərir. Əslində bu, çox yaxşı bir tendensiyanın başlanğıcıdır. Ancaq Əli Kərimlinin fəaliyyəti, görünür, bu məqsədlərə hesablanmayıb. Ə.Kərimlinin fəaliyyəti Azərbaycanda qarşıdurma yaratmaq istəyən anti-azərbaycançıların fəaliyyətləri ilə üst-üstə düşür. İnsanların səhv yoldan dönmələri isə onu ciddi şəkildə narahat edir. Ona görə də, dünənə qədər dost dediyi şəxsləri “islah olunmuş” adlandırır.
Göründüyü kimi, radikal ünsürlərin “boş sözlərdən”, xarici ermənipərəstlərin sifarişləri əsasında apardıqları çirkin fəaliyyətdən ibarət “müxalifətçiliyi” artıq tam şəkildə ifşa olunub. “Müxalifətçiliyi” yalnız ermənipərəst dairələrdən pul almaqla Azərbaycan dövlətinə və xalqına qarşı şər-böhtan kampaniyası aparmaq kimi dərk edən bu azlığın xəyanətkar siması artıq bütün cəmiyyətimiz tərəfindən tanınır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34

