Heydər Əliyev Azərbaycanın və Türkiyənin birgə inkişafı üçün böyük səylər göstərib
11.05.2019 [09:59]
Ankarada Ulu Öndərin doğum gününə həsr olunan mərasim keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ankara şəhərində geniş mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasim Türkiyənin paytaxtındakı Heydər Əliyev Parkında Ulu Öndərin heykəlinin ziyarət olunması ilə başlanıb. Azərbaycanın Türkiyədəki səfirliyi adından heykəlin önünə əklil qoyulub. Ziyarətdə Azərbaycanı və Türkiyəni təmsil edən rəsmi şəxslər, o cümlədən Azərbaycan Milli Məclisinin komitə sədrləri Eldar İbrahimov və Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, diplomatlar, Ankarada hərbi təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbir Ankaradakı Heydər Əliyevin adına orta məktəbdə davam edib.
Əvvəlcə Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, sədr müavini Orxan Erdem, dostluq qrupunun keçmiş sədri Necdət Ünüvar və Heydər Əliyev Məktəbinin direktoru Necattin Şəngəzər çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı yolunda həyata keçirdiyi siyasətin nəticələrindən, həmçinin türk dünyasının həmrəyliyi istiqamətində təşəbbüs göstərdiyi və reallığa çevirdiyi işlərdən, beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, ölkəmizi parçalanmaqdan və məhv olmaqdan xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın və Türkiyənin birgə inkişafı üçün böyük səylər göstərib. Ölkələrimizin müasir inkişafı bu səylərin bariz nümunəsidir. Əminliklə ifadə olunub ki, Heydər Əliyevin həmişəyaşar adı Azərbaycanda və Türkiyədə olduğu kimi, bütün türk dünyasında əbədiyyətə qədər ehtiramla yad olunacaq.
Mərasim şagirdlərin bədii proqramı ilə davam etdirilib. Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər oxunub və şagirdlərin digər ifaları olub.
Bədii hissənin ardınca Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevlə bağlı keçirilmiş inşa, şeir və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

