/ / Vüqar Rəhimzadə: Sosial-iqtisadi sahələr üzrə böyük artım və kifayət qədər uğurlu nəticələr əldə edilib
Vüqar Rəhimzadə: Sosial-iqtisadi sahələr üzrə böyük artım və kifayət qədər uğurlu nəticələr əldə edilib
02.05.2019 [09:36]
Bu gün Azərbaycanın inkişaf dinamikası bütün dünyada nümunə göstərilir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində regional və qlobal əhəmiyyətli layihələr gerçəkləşdirilir, insanların rifahı daha da yaxşılaşdırılır, gələcək üçün yeni imkanlar yaranır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 ildə Azərbaycan zəngin inkişaf dövrü keçib. Son bir ildir ki, yeni sosial-iqtisadi islahatların anonsu verilib və hər birimiz bunun şahidi oluruq. Dövlətimizin başçısının son dövrlərdə imzaladığı fərman və sərəncamlar bir daha bunu sübut edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, həyata keçirilən mühüm islahatlar nəticəsində sosial-iqtisadi sahələr üzrə böyük artım və kifayət qədər uğurlu nəticələr əldə edilib. Belə ki, 2019-cu ilin birinci rübündə sənaye istehsalı 4,4 faiz artıb, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İqtisadiyyata 2,8 milyard dollar sərmayə yatırılıb. Bu sərmayənin 2 milyardı qeyri-neft sektoruna qoyulub. Bununla yanaşı, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət isə 50 faiz yüksəlib. Eyni zamanda, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də artıb.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, qaçqın, məcburi köçkün və şəhid ailələrinə diqqət və qayğı da dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Aprelin 30-da Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yönəldib. “Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk”, - deyən möhtərəm Prezidentimiz bu kateqoriyadan olan insanlara dövlətin nə qədər həssaslıqla yanaşdığını nümayiş etdirib. Qeyd edək ki, bu il şəhid ailələrinə ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ müharibəsi əlillərinə isə bu il ən azı 600 minik avtomobili veriləcək.
Vüqar Rəhimzadə əlavə edib ki, möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı çıxışında idarəetmə sahəsində də islahatların aparılmasının vacibliyini bildirib. Dövlətimizin başçısı hər zaman qeyd edir ki, məmur xalqın qulluqçusudur və xalqa xidmət etməlidir. “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq... Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”. Prezident İlham Əliyevin bu fikirləri bir daha onu göstərir ki, vətəndaş dövlət siyasətinin mərkəzində dayanır. Hesab edirəm ki, sadaladığımız bu və digər faktorlar onu deməyə əsas verir ki, 2019-cu il ölkəmiz tarixində uğurlu il kimi yadda qalacaq.
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

