“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19.04.2019 [10:18]
“Ümumiyyətlə, Azərbaycanda milli-mənəvi dəyərlərə çox yüksək qiymət verilir. Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”nin əhəmiyyətindən danışarkən deyib.
YAP İcra katibinin müavininin sözlərinə görə, Azərbaycanda bütün dinlərə bərabər şəkildə şərait yaradılıb: “Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, qeydiyyatdan keçmiş hər hansı bir dini icma azad şəkildə ölkəmizdə fəaliyyət göstərə bilər. Bu məsələ “Dini etiqad azadlığı” haqqında qanunla da tənzimlənir. Təbii ki, Azərbaycanda din dövlətdən ayrıdır və ölkəmiz dünyəvi dövlətdir. Amma bununla yanaşı, dövlətimiz həmişə dinin yanındadır. Görürsünüz ki, bütün dinlərlə bağlı olan beynəlxalq konfransların, tədbirlərin əksəriyyəti Azərbaycanda keçirilir. Həmin tədbirlər ölkəmizdə keçirildikdə dünyadakı müxtəlif dinlərin nümayəndələri burada iştirak edirlər. Bildiyiniz kimi, səmavi dinlər deyilən bir anlayış vardır. O dinlərə daxil olan bütün qruplar və fəaliyyəti qanunla qadağan olunmamış digər dinlərin təmsilçiləri bu proseslərdə iştirak edir. Bakıda dəfələrlə bu cür konfranslar keçirilib.
Xüsusilə qeyd etmək istərdim ki, bu məsələlərdə Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Məscidlərin, dini ocaqların, müqəddəs yerlərin bərpası, tikintisi və əhalinin istifadəsinə verilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu vardır. Buna nümunə olaraq ən qədim məscidlərdən biri olan Şamaxı məscidinin, Gəncə İmamzadə Kompleksinin bərpa olunub istifadəyə verilməsi, ayrı-ayrı yerlərdə böyük məscidlərin, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinin tikilib istifadəyə verilməsini göstərə bilərik. Buna paralel olaraq həm sinaqoqların, kilsələrin, həm də udin-alban kilsələrinin tikintisi, bərpası Azərbaycan dövlətinin və xalqının dinə verdiyi dəyəri bir daha təsdiq edir. Çünki bizim xalq çox tolerant bir xalqdır. Azərbaycanda dinlərə hörmətlə yanaşılır. Avropada, dünyanın aparıcı dövlətlərində dinlər arasında müxtəlif konfliktlər, münasibətlərin kəskinləşməsi olduğu bir halda, ölkəmizdə bu cür hallar yoxdur və bundan sonra da ola bilməz. O cümlədən Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində də bu sahədə beynəlxalq konfranslar keçirib. Buna misal olaraq, Heydər Əliyev Fondunun Fransada, İtaliyada, Vatikanda keçirdiyi konfransları, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ayrı-ayrı QHT-lərin keçirdiyi tədbirləri göstərə bilərik. Hətta ayrı-ayrı ölkələrdə Azərbaycan dini məbədlərin bərpasında da yaxından iştirak edir. O baxımdan da Azərbaycanda bu cür tədbirlərin keçirilməsi mütəmadi hal alıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsi yaxın vaxtlarda “Tədbirlər Planı”nı işləyib hazırlayaraq təqdim edəcəkdir. Təbii ki, həmin “Tədbirlər Planı”na uyğun olaraq da biz beynəlxalq konfransın çox yüksək şəkildə keçirilməsinə nail olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

