Kişineuda tələbələrə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
18.04.2019 [09:56]
Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən Tiraspol Dövlət Universitetində aprelin 17-də “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səfirliyin əməkdaşları, universitetin rektoru, professorları, müəllim heyəti, politoloqlar və tələbələr iştirak ediblər.
Azərbaycan-Moldova münasibətlərindən söz açan səfirliyin əməkdaşı Leyla Orucova bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıq dinamik və müsbət müstəvidə inkişaf edir. L.Orucova çıxışında Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və müdrik siyasətindən, onun Azərbaycan və xalqımız üçün gördüyü işlərdən, əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən, ölkədə həyata keçirilən çoxsaylı islahatlardan danışıb.
L.Orucova tədbir iştirakçılarına Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, Azərbaycanda siyasi və iqtisadi islahatların bu gün də aparıldığını, ölkəmizdə demokratiyanın inkişafına, insan haqlarının qorunmasına böyük önəm verildiyini vurğulayıb. Bundan əlavə, L.Orucova Aİ-nın Azərbaycanın əsas ticarət tərəfdaşı olması nəticəsində ölkəmizin iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılması, “Cənub Qaz Dəhlizi” layihəsinin perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə respublikamızın Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilməsi, eləcə də enerji, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf və ölkəmiz üçün prioritet olan digər sahələrdən də bəhs edib.
Daha sonra L.Orucova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub. Münaqişənin tarixi barədə qısa məlumat verən diplomat Azərbaycanın ərazi bütövlüyünün erməni separatizmi nəticəsində pozulduğunu, bu gün də torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozduğunu, onlara məhəl qoymadığını, işğal nəticəsində bir milyondan çox həmvətənlərimizin doğma yurd-yuvalarından didərgin düşdüyünü, qaçqın və məcburi köçkünə çevrildiyini, onların Ermənistanın mənfur etnik təmizləmə siyasətinə məruz qaldıqlarnı diqqətə çatdırıb. L.Orucova BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələri hələ də yerinə yetirmədiyini xüsusi vurğulayıb.
L.Orucova tələbələrə səfirlik tərəfindən həyata keçirilən “Mən Azərbaycan barədə nə bilirəm” mövzusunda müsabiqənin açıq olduğunu elan edib.
Görüşün sonunda Tiraspol Dövlət Universitetinin kitabxanasına rumın dilində dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabları, “Bakı”, “İrs” və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Xocalıya ədalət” bukletləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

