/ / Vüqar Rəhimzadə: “Opinion Way”-in sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır
Vüqar Rəhimzadə: “Opinion Way”-in sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır
13.04.2019 [09:49]
İnkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan və öyrənilməsinin vacibliyi qeyd edilən Azərbaycanın davamlı inkişafı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyev ölkəmizin ən yüksək zirvələri fəth etməsini şərtləndirən təkmil islahatlar həyata keçirir, inkişaf etmiş ölkələr sırasında yer almaq istəyini ortaya qoyaraq, bu istiqamətdə mühüm addımlar atır. 2018-ci il 11 aprel prezident seçkilərindən ötən bir ildə Azərbaycanın qazandığı uğurlar müstəqillik tariximizə yeni-yeni uğurlu səhifələr yazdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusuna münasibət bildirərkən deyib.
V.Rəhimzadə qeyd edib ki, sorğunun nəticələri dövlətimizin başçısı İlham Əliyevin yenə də Öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Azərbaycanda mövcud sabitlik, xalq-iqtidar birliyi beynəlxalq səviyyədə təqdir olunan mühüm məqamlardandır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı göstərir. Ötən ilin prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildən başlanan böyük yolun davamı Azərbaycanın bugünkü reallıqlarında öz əksini tapır. Beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınan Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığı beynəlxalq qurumların hesabatlarında, sorğu mərkəzlərinin keçirdikləri sorğuların nəticələrində də əksini tapır. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ABŞ-ın nüfuzlu “Gellap İnternasional” təşkilatı daim seçkilərdən öncə Azərbaycan əhalisi arasında sorğu keçirir. Dövlətimizin başçısı İlham Əliyevə xalqın dəstəyi, həyata keçirilən siyasətin yüksək qiymətləndirilməsi bu sorğunun nəticələrində də daim öz əksini tapıb.
“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Azərbaycanın bölgələrində keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. “Sabitliyin, normal biznes mühitinin yaradıldığı ölkəmizdə iqtisadi tərəqqi qaçılmazdır. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə möcüzə kimi dəyərləndirilir. Nəzərə alsaq ki, dünya 2008-ci ildən iqtisadi və maliyyə böhranının ağır nəticələrini yaşamaqdadır, Azərbaycanın daim iqtisadi artımı ilə diqqət mərkəzində olması qürurverici hadisədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu uğurlarımıza yol açan əsas amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda güclü sahibkarlar sinfi yaranıb, ən əsası nəinki neft-qaz sektorunda, eyni zamanda, qeyri-neft sektoru sahəsində mövcud durum xarici iş adamlarının diqqətindədir və bu sahəyə invevtisiya qoyuluşu artmaqdadır. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiyanın qoyulması ölkəmizdə sabitliyin, mövcud iqtisadi durumun, ən əsası Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisidir”, - deyə “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb.
V.Rəhimzadə qeyd edib ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə “müsbət” cavablandırıb. Dövlətimizin başçısının seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Təkcə bir ilin uğurlarına söykənərək, Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə öz müsbət rəyini ifadə edib. Prezident İlham Əliyev daim çıxışlarında davamlı inkişafı şərtləndirən amillərdən bəhs edərək, idarəetmə sistemində təkmilləşməni vacib amil kimi önə çəkib. Təkcə cari ilin arxada qalan 3 ayında bu istiqamətdə atılan addımlara diqqət yetirsək, təkmilləşmənin, yeniləşmənin hansı uğurlara yol açdığını görərik.
Ümumilikdə sorğunun nəticələrini Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi təkmil islahatların təqdimatı kimi dəyərləndirən V.Rəhimzadə bu fikri böyük əminliklə ifadə edib ki, qarşıdakı illərdə Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir, ən əsası inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfimiz artıq reallıqdır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

