/ / Siyavuş Novruzov: Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermirlər, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin
Siyavuş Novruzov: Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermirlər, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin
10.04.2019 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “Trend”ə müsahibəsi:
- Siyavuş müəllim, son vaxtlar müxalifət düşərgəsi qalmaqalla, bir-birlərini təhqir etməklə gündəmə gəldi. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.
- Bəli, doğru qeyd edirsiniz. Çox təəssüf doğuran mənzərədir. Azərbaycan müstəqillik qazanandan, meydan hərəkatından başlayaraq həmişə separatçı mövqe tutmuş insanlar bir təşkilatdan çıxıb o birinə üzv olur və ya ayrı-ayrı təşkilatlar yaradırlar. Sanki bunlara ehtiyac var. “Xalq hərəkatı”, “Milli şura” kimi hər cür bər-bəzəkli adlar tapırlar ki, insanları cəlb etsinlər. Ancaq hamısı eynidir, yəni burada kənar adamlar yoxdur, eyni insanlardır - digər partiyalardan uzaqlaşdırılmış, çıxarılmış, qovulmuş, yaxud köhnə təfəkkürdən, köhnə fikirdən uzaqlaşmamış insanlar. Bəzilərinin 70 yaşı var, lakin hələ də öz yollarını tapa, nə istədiklərini özləri üçün aydın edə bilməyiblər.
Onlar cəmiyyətə hər hansı yeni ideya verməyiblər və verməkləri də mümkün deyil. Bu baxımdan da həmin insanlar arasında kəskin şəkildə fikir ayrılığı, qarşıdurmalar var və hər birində ciddi şəkildə mənəm-mənəmlik, özündənrazılıq düşüncəsi yaranıb.
Yaxşı ki, onların bu hərəkətləri internet vasitəsilə canlı yayımda göstərilir və insanlar vaxtilə Azərbaycana kimlərin rəhbərlik etdiyini və yenidən rəhbərlik etmək arzusunda olduğunu bir daha görürlər.
Bu insanlar ayrı-ayrı təşkilatların maliyyəsi hesabına Azərbaycanda təxribat yaratmaq, sabitliyi pozmaq, qanunsuzluğu təmin etmək məqsədi güdürlər. Onlarda şəxsi maraqlar, şəxsi iddialar o dərəcəyə çatıb ki, nəinki Vətən, xalq, dövlət haqqında, heç bir-birlərinə, yaxın ətraflarına güzəştə getmək haqqında belə düşünmürlər.
Təbii ki, Azərbaycan hüquqi dövlətdir və güclü hüquq-mühafizə orqanları var, o cümlədən Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı öz Prezidenti ilə bir yerdədir və dövlət başçısının siyasətini dəstəkləyir.
- Son günlər bəzi müxalifət nümayəndələrinin də Azərbaycanda aparılan islahatları dəstəklədiyi müşahidə olundu. Sizcə, bunun səbəbi nədir?
- Onlar artıq anlayırlar ki, düzgün yolda deyillər. Nə qədər insanı çaşdırmağa çalışdılar ki, guya bunlar mitinq etdilər, nümayiş keçirdilər, hansısa bəyanat verdilər və dövlət də filan addımları atdı. Həmin müxalifət nümayəndələri ancaq söyüş, qışqır-bağır və digər oxşar vasitələrlə gündəmə gəlirlər. Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermirlər, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin.
Dövlət ardıcıl olaraq sosial sahədə addımlar atır. Bu sosial siyasəti həyata keçirmək üçün birinci növbədə iqtisadi baza lazımdır. İkincisi, ictimai-siyasi sabitlik yaratmaq, üçüncüsü isə digər dövlətlərlə qarşılıqlı münasibət qurmaq lazımdır. Dövlət bunu edir və bütün lazımi sosial, iqtisadi islahatları həyata keçirir. Bütün bunlar bilavasitə xalqın maraqlarına xidmət edir və xalq tərəfindən, ziyalılar tərəfindən, həmçinin müxalifətdə olan ayrı-ayrı insanlar tərəfindən dəstəklənir. Bunların içində xaricdə olan da var, Azərbaycanda olan da. Onlar başa düşürlər ki, Azərbaycanda xalq-iqtidar birliyi var, ölkədə hər hansı böyük dövlətin, təşkilatın deyil, xalqın maraqları ifadə olunur.
- Siyavuş müəllim, dəfələrlə Milli Məclisdə müxalifət partiyalarının maliyyə hesabatı verməməsi və bununla bağlı qanun çərçivəsində tədbirlər görülməsini gündəmə gətirmisiniz. Bununla bağlı məsələ nə yerdə qalır?
- Bəli, biz bu məsələni qaldırmışıq, yaz sessiyasında da qanunvericiliyə daxil etmək fikrimiz var və mütəmadi şəkildə bu məsələyə toxunuruq ki, şəffaflıq təmin olunsun. Şəffaflıq yoxdursa, deməli, hansısa ölkələr, təşkilatlar, qruplar o insanları maliyyələşdirir və nəticə etibarilə də onlara xüsusi tapşırıqlar verir - ictimai-siyasi sabitliyi pozmağa cəhd, qarşıdurma yaratmaq. Ona görə də hər bir siyasi partiyanın büdcəsi şəffaf olmalıdır. Mərkəzi Seçki Komissiyasına hesabat verməlidirlər, o cümlədən ictimaiyyət qarşısında. Əgər şəffaflıq tələb edirlərsə, birinci növbədə bunu özlərində göstərməlidirlər. Heç yerdə işləməyən, lakin komfort həyat yaşayan, cangüdənlərlə gəzən bu insanlar bir belə pulu haradan alırlar? Buna görə də bütün siyasi partiyalar hesabat verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

