/ / Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir
10.04.2019 [09:30]
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər bilavasitə münaqişənin həllini əngəlləyən məsələdir. Ermənistan atəşkəs rejiminin arxasında gizlənərək riyakarcasına Azərbaycanın işğal olunmuş ərazilərinin təbii resurslarını talan edir, həmçinin demoqrafik vəziyyəti dəyişdirir, Azərbaycanın maddi-mədəni irsinin məhv edilməsi, onun xalqımıza məxsusluğunun izlərinin silinməsi kimi fəaliyyətləri həyata keçirir. Ona görə də beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq Azərbaycan Respublikası işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyətlər mövzusunu ardıcıl olaraq beynəlxalq tədbirlərdə qaldırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Cenevrə Bölməsində “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev konfransın mahiyyətinə toxunaraq qeyd edib ki, tədbirdə işğal olunmuş ərazilərdəki qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri məsələləri müzakirəyə çıxarıldı. Burada bilavasitə Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınmış və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının bütün fundamental hüquq və azadlıqlarının, eləcə də mülkiyyət hüququnun kobud şəkildə pozulması kimi hallar mövcuddur. Bu da Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə birbaşa bağlıdır. Bu konfransda BMT yanında akkreditə olunmuş ölkələrin səfirləri, BMT-nin aidiyyəti ixtisaslaşmış strukturlarının nümayəndələri, beynəlxalq hüquqşünaslar və ekspertlər iştirak edirlər. Buna görə də bu məsələyə, ilk növbədə, beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşıldı və müzakirələrdə “bugünkü beynəlxalq hüquqda çatışmayan məqamlar varmı və onlar qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasında nə dərəcədə səmərəlidir?” kimi suallara aydınlıq gətirilməsinə çalışıldı.
Şöbə müdiri qeyd edib ki, konfransda digər münaqişə zonalarında bu sahədə mövcud təcrübələr və baxışlar da müzakirə olundu. Azərbaycan Respublikasının üzləşdiyi problem də bu mövzu əsasında təqdim edildi: “Düşünürük ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusu bundan sonrakı beynəlxalq tədbirlərdə də davam etdiriləcək. Çox müsbət haldır ki, bu tədbir məhz BMT-nin binasında baş tutur. Azərbaycan Respublikası bu tədbiri təşkil etməklə müasir beynəlxalq hüquqda və beynəlxalq humanitar hüquqda bu mövzunun inkişaf etdirilməsi və beynəlxalq hüquq nöqteyi-nəzərindən məcəllələşdirilməsi istiqamətində addımların atılması prosesinə öz töhfəsini verir. Belə tədbirlər çərçivəsində Azərbaycan da bu kontekstdə öz problemini - işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və bu məsələ ətrafında müzakirələr aparılır”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

