/ / Sahibə Qafarova: “2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olmaq üçün münaqişələrə son qoyulmalıdır
Sahibə Qafarova: “2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olmaq üçün münaqişələrə son qoyulmalıdır
10.04.2019 [09:24]
BMT-nin “2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində çoxtərəfli formatda aparılan danışıqlar ortaq məxrəcə gəlmək baxımından sevindirici nümunədir. Onun həyata keçirilməsi bütün maraqlı tərəflərin tam səfərbər olunmasını tələb edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib. O, Ermənistanın işğalçılıq siyasətinin ağır və faciəvi nəticələrindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri siyasi, iqtisadi və ictimai həyatda qadınların tam və effektiv iştirakı üçün bərabər imkanların təmin edilməsidir. “Bu barədə danışarkən son illər milyonlarla insanın həyatını məhv etmiş silahlı münaqişələr nəticəsində zərər çəkmiş qaçqınların və məcburi köçkünlərin yaşadıqlarını unutmamalıyıq. Xüsusilə də qadınlar mənfi təsirlərə məruz qalır, təəssüf ki, buna laqeyd münasibət olur. Silahlı münaqişələrin əsas təsirinə məruz qalan məcburi köçkün qadınlara və uşaqlara diqqət yetirmək, onların tələbatını ödəmək və yeni şəraitə uyğunlaşması üçün BMT-nin müvafiq proqramında yer alan məsələlərə diqqət yetirmək lazımdır. Azərbaycanın bununla bağlı təcrübəsi, eləcə də ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər digər ölkələrə müsbət nümunə ola bilər”, - deyə S.Qafarova bildirib.
Ermənistan dövlətinin işğalçılıq siyasəti və Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinin yaratdığı fəsadlara və ağır nəticələrə toxunan deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə azərbaycanlı, eləcə də qadınlar və uşaqlarımız öldürülüb, bir milyon vətəndaşımız öz doğma torpaqlarından və evlərindən didərgin salınıb, onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar.
“Azərbaycan dövləti qaçqın və köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox genişmiqyaslı tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq bu insanlar qaçqın, köçkün həyatı yaşayırlar. Təəssüf ki, bu, onların evlərinə qayıtmaq və ləyaqətlə yaşamaq hüququ təmin olunana qədər davam edəcək”, - deyən deputat qaçqın və məcburi köçkün qadınların yaşadıqları problemlərdən söz açıb. Komitə sədrinin müavini vurğulayıb ki, bu problemlərdən biri reabilitasiya və inteqrasiya məsələləridir. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatlarında mənfi fəsadlara yol açır. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradır.
“Müharibə zamanı törədilən cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması geniş inteqrasiya və reabilitasiya səylərinin uğurla təmin olunması üçün çox vacibdir. Başqa bir mühüm məsələ isə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlıdır. Bir çox qadınlar müharibədə itirilmiş qohumlarının, ailə üzvlərinin yükünü bütün həyatları boyu daşıyırlar. Eyni zamanda, yüzlərlə azərbaycanlı qadın əsir və itkin düşüb. Azərbaycan dövləti neçə illərdir ki, beynəlxalq ictimaiyyətlə birlikdə həmin şəxslərin azad edilməsi istiqamətində çalışır. Silahlı münaqişələr zamanı qadınların müdafiəsinin təmin edilməsi çox vacibdir”, - deyə S.Qafarova diqqətə çatdırıb.
Deputat qeyd edib ki, azərbaycanlı kənd qadınlarının böyük bir hissəsi münaqişə zonasında, cəbhə xəttinin yaxınlığında yaşayır, kütləvi hücumlara məruz qalırlar. Atəşkəs haqqında razılaşmaya baxmayaraq, bu qadınlar öz həyətlərində, bağlarında işləyərkən hələ də həyatlarını itirmə riski ilə üzləşirlər. Bu təhlükənin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Bunun üçün BMT-nin “2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində görüləcək işlərə diqqət yetirilməli, bu sual ətrafında düşünülməlidir.
S.Qafarova qadınların davamlı sosial-iqtisadi inteqrasiyasını təmin etməyin vacibliyinə toxunaraq, bu istiqamətdə də geniş tədbirlər görülməsinin, qadınların iqtisadi imkanlarının genişləndirilməsinin, müxtəlif növ kreditlərin və mikromaliyyə imkanlarının təmin edilməsinin, qadınların bacarıqlarını nümayiş etdirməsi üçün müvafiq şərait yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, gender bərabərliyi ilə bağlı məlumatlandırma kampaniyaları qadınların siyasi, iqtisadi və sosial sahələrdə iştirakını təşviq etmək üçün çox vacibdir.
“2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri” qlobal bir çərçivədir. Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti bu Gündəliyi reallığa çevirmək üçün bir araya gəlməlidir. Bu məqsədə nail olmaq üçün münaqişələrin aradan qaldırılması məqsədilə davamlı həllər tapmalıyıq”, - deyə nümayəndə heyətinin üzvü bildirib.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

